ArxivXəbər lentiXəbərlər

Türkiyədə Tasua gecəsi

İslaminsesi Anadolu-ya istinadla xəbər verir ki, Türkiyədə Tasua gecəsi mərasimi keçirilib.
İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) nəvəsi, müsəlmanların 5-ci İmamı Hz. Hüseyn və 72 yavərinin Kərbəlada qətlə yetirilməsinin min 377-ci ili münasibətilə Iğdırda keçirilmiş əza mərasimində təxminən 10 min insan iştirak edib.

Rayon və kəndlərdən gələrək şəhərin mərkəzinə toplaşan vətəndaşlar Zübeydə Xanım Bulvarında yerləşən bələdiyyə meydanına gediblər. Daha sonra təxminən 10 min nəfər sinəzən səsləri ilə sinə vuraraq Tasua gecəsini yada salıblar. Toplaşan gənclərin səsləndirdikləri sinəzənlərdən sonra məddahlar tərəfindən Kərbəla hadisəsi barədə mərsiyyələr oxunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button