ArxivXəbər lentiXəbərlər
Türkiyədə terrorçular körpünü partladıblar

Türkiyənin Mardin vilayətində PKK terrorçuları körpünü partladıblar.
Qafqaz.ir-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, terrorçular Nusaybin rayonunda yerləşən körpünün altına yerləşdirdikləri partlayıcını işə salıblar. Baş verən partlayış nəticəsində körpünün dayaqlarından biri dağılıb, yaxınlıqda yerləşən 30-dan artıq ev və ofisə ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hücumu törədən terrorçuların ələ keçirilməsi üçün əməliyyat başlanılıb.