ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Türkiyədə torpaq sürüşməsi zamanı azərbaycanlı sürücü ölüb

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən şəxs azərbaycanlıdır.
bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub:
“Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.