Türkiyədə turizm sektoru çökür – Bu otellər satışa çıxarıldı (FOTOLAR)

Türkiyədə 1300-ə yaxın otel satışa çıxarılıb. Ankara ilə Moskva arasında yaranan gərginlikdən sonra ölkəyə gələn rus turistlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Ard-arda baş verən terror olayları da turistlərin Türkiyəyə axınının qarşısını alıb.
Satışa çıxarılan bəzi otellər:
“Balin Hotel İstanbul”
İstanbuladkı bu otel 5,6 milyon avroya satılır. Otel “Sultanəhməd” meydanında yerləşir, 30 lüks nömrəsi var.
“Le Jardin Resort Hotel”
Kəmər istirahət zonasında yerləşən bu 5 ulduzlu otel 41 milyon avroya satılır.
“Le Jardin Resort Hotel”
308 otaqlı bu oteldə sauna, türk hamamı, tennis zalları, hovuzlar, 6 restoran və oyun meydançası var. Otelin ən azi 85 faizi turistlərlə dolu olur.
“Royal Palm Resort”
Kəmərdə yerləşən bu 5 ulduzlu otel 45,6 milyon avroya satılır.
“Pera Tulip City Hotel Istanbul”
“Bosfor” boğazına baxan İstanbuldakı bu 5 ulduzlu otel 20,4 milyon avroya satılır.
“Pine House Hotel”
Kəmərdə yerləşən 4 ulduzlu bu otelin qiyməti 7,1 milyon avrodur.
“And Hotel”
İstanbulun mərkəzində yerləşir, 12,8 mlyon avroya satılır.
“Mediterra Art Hotel”
Antaliyada yerləşir, 3,8 milyon avroya satılır.
“Side Bella Luna”
Antaliyada 5 ulduzlu oteldir, 38 milyon avroya satılır.