AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Türkiyədə vəhhabilərə dəstək mitinqi – Foto

Vəhhabilərin ən güclü qanadı olan “Əhrarur Şam” terror qruplaşmasının məhv edilməsinə etiraz olaraq Türkiyədə dəstək aksiyası keçirilib. 

 Axar.az xəbər verir ki, təşkilat liderlərinin də olduğu qərargahda partlayış nəticəsində 45 vəhhabi öldürülüb. İstanbul Fatih camesində öldürülənlər üçün cənazə namazı qılınıb, dualar oxunub, Əsəd rejiminə etirazlar ifadə edilib. 

Suriya xalqına dəstək platformasının təşkil etdiyi mərasimdə “Ey Rəbbimiz, öndərliyini şəhadətlə ucaldan Suriya müqavimətini zəfərə yetişdir” şüarlı transparatlar qaldırılıb, öldürülən lider Həsən Abdullahın və digərlərinin portretləri açılıb. Aksiyada “Kerri, rədd ol”, “NATO işğal koalisiyasına yox” və başqa şüarlar səsləndirilib. 

Etirazlarda yüzlərlə sələfi iştirak edib. Mitinqdə Özgür-Der başqanı Rıdvan Kaya çıxışında deyib ki, İŞİD-in addımlarını qınayırlar: 

“Onları İslama ziyan verən əməllərindən çəkinməyə çağırırıq. Ancaq İŞİD-i bəhanə edib, torpaqlarımıza işğalçı məqsədlə girənlərə də etiraz edirik”. 

R.Kaya İslam coğrafiyasını cəhənnəmə çevirən Amerikaya bu koalisiyada Türkiyə hökumətinin dəstək verməməsini təqdir edib. 

Qeyd edək ki, vəhhabilərin qolu olan “Əhrarur-Şam” qruplaşması İŞİD-ə bərabər tutulmur. Bu təşkilatın Əsəd rejiminə qarşı savaşdığı söylənir. Ancaq fakt odur ki, bu təşkilat üzvləri də digər xəvariclərdən fərqlənmir. 

axar.az1410629142aksiya axar.az1410629158aksiya1 axar.az1410629175aksiya2

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button