Bu gün Azərbaycan İslam Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə İmam Hüseynə (ə) əza günləri ilə əlaqədar “Həzrəti Əliəsğər günü” keçirilib. Tədbirdə AİP Qadınlar Şurasının üzvləri və inanclı xanımlar iştirak ediblər. AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Kərbəla faciəsindən, bu inqilabın fəlsəfəsi, hədəf və məramları haqqında çıxış edib.
qafqaz.ir faktxeber-dan aldiyi xebere gore.Tədbirdə eyn zamanda Kərbəla faciəsindən bəhs edən nohələr, qəsidə və şerlər səsləndirilib.
Qeyd edək ki, dünyanın bir çox müsəlman ölkələrində hər il Məhərrəm ayında izdihamlı şəkildə keçrilir.
Həzrət Əli Əsğərin xatirəsini anım mərasimində analar öz südəmər körpələri ilə bir araya gəlir, İmam Hüseynin (ə) altı aylıq körpəsinin Kərbəlada Yezidin qoşunu tərəfindən şəhid edilməsini yad edir və matəm saxlayırlar.
İmam Hüseynin (ə) kiçik oğlu Həzrət Əli Əsğər Kərbəla şəhidlərindən ən azyaşlısı olub. Kərbəla müsibətində iki şəhidin başı bədənindən qopmamışdı ki, bunlardan biri Əli Əsğər, o birisi isə Hürr idi.