Aktual
Türkiyədən Ermənistana dəmir yolu açılır?

Türkiyə rəsmisi ilin sonuna Ermənistan sərhədinə qədər olan dəmir yolu xəttinin tam təmir olunacağını bildirib.
Türkiyənin şərqində dəmir yollarının təmiri Qarsa qədər aparılıb, ilin sonuna qədər isə Ermənistan sərhədinə qədər çatacaq. bu barədə Türkiyə Dəmir Yolları İdarəsinin Ərzurum regional bölməsinin rəhbəri Yunus Eşliyurt bildirib. Onun sözlərinə görə, təmir işləri may ayında başlayıb və sürətlə irəliləyir, ilin sonuna kimi Ermənistan sərhədində yerləşən Akyaka məntəqəsinə çatacaq.
anspress.com