Arxiv

Türkiyə seriallarının yayımlanmasının nəticəsi nə olacaq? – Təhlil

Bir neçə ildir ki, bəzi Türkiyə serialları İran daxili televiziya kanallarının yayım proqramında yer tapıb. Bu seriallar zahirən dini və əxlaqi mövzudadır.

Qərbpərəstlik və bir növ yanlış elmpərəstlik o zaman yaranır ki, cəmiyyətin bir hissəsi din əsasları barəsində doğru düşüncəyə malik olmurlar və dini biliyi onun öz əsas qaynaqlarından əldə etmirlər. Eyni zamanda qeyri-dini bilik və qərb fəlsəfəsi ilə üzləşirlər. Bu cür insanlar dini anlamaq baxımından din adamları arasında, qərb fəlsəfəsini bilmək baxımından isə qərb alimləri ilə müqayisədə bir növ avam hesab olunurlar.
Bir qrup insanlar düzgün və kifayət din təlimlərinə yiyələnmədikləri üçün qərb düşüncəsi və təlimləri qarşısında qaldıqda ona doğru cəzb olunurlar. Bunlar həmin şəxslərdir ki, onları çox hallarda avtobus və ya metroda böyük ziyalıların, flosofların sözlərini təkrarlayərkən görmüşük. Bu şəxslər nə mason təşkilatlarının adamlarıdır, nə İngiltərə casuslarıdır və nə də… Əslində onlar özləri də öz sözlərinə inanmırlar. Bu şəxslər normal İslam təlimləri almamış şəxslərdir. Nə təhsilimiz, nə də media bu şəxsləri din əsasları və fitri ehtiyacları ilə düzgün şəkildə tanış edə bilməyib.
Bu şəxslər ya məscidə getməyib, din alimlərinin moizələrinə qulaq asmayıblar, ya da ki, bir çox səbəblərə görə məscidlərdə və dini yığıncaqlarda öz fitrətlərindəki suallara cavab tapmayıblar. Belə insanlar cəmiyyətdə İslam əxlaqı üçün təhlükə hesab olunurlar. Cəmiyyətin əksər hissəsini təşkil edən bu şəxslər bir çox ictimai problemlərə səbəb olurlar və cəmiyyətin zahiri görüntüsünü təşkil edirlər. Demək istədiyimiz budur ki, bu qrup insanlar milli medianın əsas ünvanıdır.
Bir neçə ildir ki, Türkiyə serialları televizya kanallarının proqramında yer tapıb. Bu seriallar sürətlə öz tamaşaçılarını tapır və hətta daxili filmlərə, seriallara öz təsirini qoyur. Bu seriallar zahirən dini və əxlaqi mövzudadır. Elə bu səbəbdən bu seriallar adətən məhərrəm və mübarək ramazan ayı kimi dini münasibətlərdə yayımlanır. Belə görünür ki, İran mediasının məsul şəxsləri bu seriallardakı səthi dini anlayışların olması səbəbindən onları dini bilirlər. Çünki halal, haram, insanların haqqı, yetimin malı və sair bu kimi mövzulardan söz açılır.
Əgər bu seriallardakı təbliğ olunan dəyərlərin tamamilə doğru şəkildə çatdırıldığını fərz etsək belə, yenə də qaranlıq bir nöqtə qalır və o bundan ibarətdir ki, bütün islami dəyərlərin çox ciddi sayıldığı lakin hicab və məhrəm, naməhrəm münasibətlərinin bir istisna olaraq çox ciddi nəzərə alınmaması tamaşaçıya hansı təsiri qoyur? Hicab anlayışının öz əhəmiyyətini itirməsindən başqa bir nəticəsi olacaqmı?
Avam camaat arasında hicabsızlığın rəvac tapmasının səbəblərindən biri də hicabsız kino ulduzlarının, elmi və dini simaların, xeyirxahlıqla məşhur olan müsəlman və qeyri-müsəlman şəxslərin nümunə seçilməsidir. Adətən belə insanlardan “nə üçün hicabsız bir şəxsi özünə nümunə etmisən” deyə soruşulduqda, belə cavab verirlər: O hicabsız olsa da, qəlbi pakdır.
Bu qərbin İslam cəmiyyətlərini sekulyarlaşdırmaq üçün seçdiyi yoldur. Yəni insanların diqqətini hicabsız, lakin digər əxlaqi məsələlərə riayət edən şəxslərə doğru yönəltmək.
Bu cümlə bir avamın cavabı deyil. Əksinə bir strategiyanın göstəricisidir. Vaxtı ilə qəzet və jurnallarda çap olunan məqalələrdə hicabsız şəxsləri iffətli, çadra və hicabın namus üçün təsirsiz olduğunu göstərməyə çalışıblar. Bu sekulyarizm projesinin bir hissəsidir.
Bir çox filimlərdə bütün bunları müşahidə etmək olar. Belə filmlərdə doğru danışan, insanları sevən, başqalarının haqqını taptamayan, həyat yoldaşına sədaqətli lakin hicaba və şəriət qanunlarına əhəmiyyət verməyən simalar cəmiyyət üçün nümunə göstərilir.
Bu barədə dindar ailələr arasında araşdırma aparmaq lazımdır, dindar ailələrin Türkiyə seriallarını nə dərəcədə qəbul etmələrini və uyğun serialların ailələrə zehni təsiri öyrənilməlidir.
Bu serialların təsirləri araşdırılsa, onların krosnu kanallarında yayımlanan seriallardan daha çox xalqın inancına mənfi təsir qoyduğu məlum olar. Çünki dini tərbiyə almış əhali krosnu kanallarında təbliğ olunan iyrəncliklər ilə öz aralarında heç bir müştərək nöqtə görmürlər. Dindar əhalini müxtəlif siyasətlər vasitəsi ilə uyğun əxlaqsız proqramların tamaşasına cəzb etməyə müvəffəq olsalar belə bu proqramlar əhalinin əksər hissəsinə onların istədiyi təsiri qoya bilmir.
Bu iddianın sübutu krosnu kanalllarından birinin (pmc) yayımladığı proqramdır. Proqramda insanların öz toy filmlərini proqram vasitəsi ilə yayımlamaq üçün studiyaya yollamaları təklif olunurdu. Baxmayaraq ki, mükafat, nümayiş olunmaq, şöhrət kimi səbəblərdən bəzi cavan bəy və gəlinlər bu işi görürdülər, lakin bu toy filmlərinin bir çoxunda ailələrin hicabla iştirak etdiyi görünürdü. Əlbəttə uyğun kanalların cəmiyyətə təsirini inkar etmək olmaz. Çünki bir çox ailələrin sağlam zehni, mədəni və dini qidaları olmaqdığı üçün çox sürətlə yad mədəniyyətlərin təsirinə düşürlər. Amma dindar qrup demək olar ki, əksər halda uyğun təsirə düşmür.
Lakin əksər inasanlar daxili mediaya maraqlıdırlar və daxili kanallara güvənirlər. Müsəlman tamaşaçı özü ilə Türkiyə, Suriya və Misir seriallarındakı şəxsiyyətlər arasında bir çox oxşarlıqlar görür. Adlar, adət-ənənələr, qaydalar, insanlar arasındakı münasibətlər və digər oxşar cəhətlər müsəlman tamaşaçının özünü uyğun serialların güzgüsündə görməyinə, onlara inanmağına və özünü onlara oxşatmağına səbəb olur.
Ötən illərdə yayımlanan Suriya seriallarında daha çox ictimai mövzulara toxunulurdu və əqidəvi məsələlərə o qədər də yer verilmirdi. Misir serialları da daha çox ictimai və sevgi mövzularında idi. Lakin son zamanlar Türkiyədən alınan və daha çox dini münasibətlərdə yayımlanan Türkiyə seriallarının mövzusu dini-əxlaqidir. Müsəlman tamaşaçı bu seriallarda hicabdan başqa bütün əxlaqi dəyərlərə sahib şəxsiyyətlər ilə qarşılaşdıqda, onda hicabın o qədər də mühüm hökm olmaması fikri yaranır. Digər bir tərəfdən cəmiyyətdə qarşılaşdığı hicablı insanları seriallardakı çox əxlaqlı şəxsiyyətlər ilə müqayisə edir və belə nəticə əldə edir ki, əgər öz müqayisənindən hicabı çıxsa, seriallardakı şəxsiyyətlər onun ətrafındakılardan daha dəyərli və daha müsəlmandırlar. Beləliklə təbii olaraq hicabı İslamın zərurətləri sırasından xaricdə görür və ya ona bir o qədər də əhəmiyyət vermir.
Görəsən bu serialların xüsusi ilə dini münasibətlərdə milli mediada yayımlanmasının səbəbi nədir? Görəsən milli medianın məsul şəxsləri elə düşünürlər ki, halal və haramlardan istənilən formada söz açmaq hansısa bir sənət əsərini dini əsərə çevirə bilərmi? Görəsən bu dostlar özlərindən soruşublar ki, dini seriallar hansı xüsusiyyətlərə malik olmalıdır?
Son zamanlar yayımlanan seriallarda yanlız dini şüarlar olur. Bu isə tamaşaçının diqqətinin filmin məğzinə yox, haşiyələrə yönəlməsinə səbəb olur. Geyim, həyat tərzi və digər bu kimi məsələlər.
Serialların şüar xarakterli olması, Türkiyə rejisorlarının düzgün, kifayət qədər dini təfəkkürə malik olmamalarından irəli gəlir. Bu rejisorlar Türkiyənin sekulyar media sisteminin məhsuludurlar və uzun illər öz mədəniyyətlərindən uzaq düşüblər.
Onlar hətta yazılarını da dəyişdilər və İslam mətnləri ilə az bağlılıqlarını da əldən verdilər. Bu insanların din anlayışları ilə əlaqəsi Türkiyə sekulyar quruluşunun tərcümə etdirdiyi və öz istədikləri kimi dəyişdirdikləri mətnlər vasitəsilədi. Yəni bu kitablarda sekulyarizmə müxalif olmayan mətnlər qalıb, müxalif olanlar isə götürülüb.
Türkiyə seriallarının mövzusu nədir?
Dediyimiz kimi bu seriallar halal, haram, doğru, yalan, əhdə vəfa, və sayir bu kimi mövzulardan ibarətdir. Bu mövzular bütün dinlərin qəbul etdiyi dəyərlərdir və İslamda da bu məsələlər üzərində təkid olunub. Lakin seriallarda uyğun dəyərlərə yanaşma tərzi sırf dünyəvidir. Doğrudur, İslam da deyir ki, bəziləri dünya həyatında öz əməllərinin nəticəsi ilə qarşılaşacaqlar. Lakin bu İlahi cəzanın yalnız bir hissəsidir və bütün günahlara və bütün şəxslərə aid olunmur. Lakin uyğun seriallarda elə göstərilir ki, bütün günahların cəzası elə bu dünyada verilir. Dini əsaslar baxımından bu məsələni pis hesab etmək olmur. Lakin məsələyə daha dərindən baxdıqda və serialların uzun müddət sonrakı nəticələrinə nəzər saldıqda mənfi, süquta aparan təfəkkür görürük. Yəni behişt və cəhənnəmi dünyaya gətirmək. Bu serialların əksər mövzularında dünyada cəzalanmaqdan söz açılır.
Xurafat sekulyarizmin əsas hissələrindəndir
Dünyəvi təfəkkür dünyanın axirət ilə, maddənin məna aləmi ilə əlaqəsini kəsməyə çalışır. Lakin baş verən bəzi hadisələr üçün maddi, dünyəvi səbəblər göstərə bilmədiyindən çarəsiz qalıb, xurafata əl atır. Bu xurafatçılıq sekulyarların böyük mütəfəkkirlərindən tutmuş avam şəxslərinədək müşahidə olunur. Modern şəkildə olan falçılığa yəni qəhvə falına maraq cəmiyyətin sekulyar və modern şəxsləri arasında çox görünür. Dünyəvi ürfanlara, elmsiz allahlara maraq dünyəvi təfəkkürün məsuludur.
Bu seriallar dini anlayışları dünyəviləşdirməyə çalışır və bəzi hallarda bunu üçün xurafata əl atır. Son zaman yayımlanan Türkiyə seriallarını da diqqətlə araşdırsaq bəzi hallarda xurafat təbliğ olunduğunu görərik. Rejisor günahın bütün təsirlərini bu dünyada göstərmək istədikdə əsassız hadisələr və inanclar yaratmağa məcbur olur və çarəsizlikdən xurafata əl atır. Bəzən xurafatla dini dəyərlər arasındakı sərhəd tük qədər nazik olur. Təəssüf ki, məsul şəxslərin bu incə nöqtələrə diqqət verməmələri uyğun serialların din adı ilə xurafat təbliğ etmələri ilə nəticələnir.
Oşo və Karlos Kastenda kimi şəxslərin kitabları çox asanlıqla çap üçün icazə ala bildiyi bir dövrdə televizya şirkətinin məsul şəxslərinin uyğun incə nöqtələri nəzərə almaları bəlkə də bir qədər böyük istəkdir. Lakin ən azından necə deyərlər, ağrımayan başa dəsmal bağlamasınlar və həmin qeyri-dini, adi xarici serialları göstərsinlər, din bəhanəsi ilə xurafat təbliğ etməsinlər.
Son illərdə düşmən mediası bütün qüvvəsi ilə müsəlman cavanların dini inanclarına, xüsusi ilə hicaba hücum çəkib. Belə görünür ki, bir mərkəz yaradılmalı və bu mərkəz milli medianın hicab mövzusundakı bütün proqramlarına nəzarət etməlidir. İstər filmlər, istər xəbər, daxili və xarici sənədli filmlər və digər proqramlar vasitəsi ilə müsəlman cəmiyyətinə hicabla bağlı gizli şəkildə sözlər deyilə bilər, mesajlar göndərilə bilər. Şübhəsiz bütün bunların psixoloji, ictimai və digər cəhətlərini nəzərə almadan, öyrənmədən düşmənin bu mesajlar vasitəsi ilə olan hücumunun qarşısını almaq mümkün deyil. Bu barədə mütəxəssislərdən, mütəfəkkirlərdən və təcrübədən istifadə zəruridir.

Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button