ArxivXəbər lentiXəbərlər
İran prezidentinin andiçmə mərasimi avqustda olacaq

Yeni seçilmiş İran prezidentinin andiçmə mərasimi avqust ayının 5-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İran İslam Şurası Məclisində keçiriləcək mərasimdə deputatlar, hökumət üzvləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edəcəklər. Mərasim dövlət televiziyası ilə canlı yayımlanacaq.
Xatırladaq ki, cari il may ayının 19-da İranda keçirilən prezident seçkilərində 23 milyondan çox səs toplayan Həsən Ruhani ikinci dəfə prezident seçilib.