Türkiyənin Ərbakandan Ərdoğana qədər sionist rejimə baxışı – Təhlil
30 il əvvəl Ərbakan sionistlərin bölgədəki məqsədləri barədə xəbərdarlıq edərək Türkiyədən heç bir şəkildə sionist rejimi ilə əlaqə saxlamamasını istəmişdi

Qafqaz Həqiqətləri xəbər verir ki, sionist rejimi prezidentinin Türkiyəyə səfəri ilə bağlı Ankara və İstanbul qəzetlərinin əksəriyyəti bu məsələyə məhəl qoymadılar. Ancaq Türkyə islamçı Səadət Partiyasının mətbu orqanı olan “Milli Qəzet” səfərlə bağlı Ərdoğan hökumətinə xəbərdarlıq edib və Təməl Karamollaoğlunun belə dediyini yazıb: “İsrailə dəstək vermək Türkiyənin gələcəyini təhlükəyə salır.” T. Karamollaoğlu mərhum Nəcməddin Ərbəkanın köhnə tələbələrindəndir.
Ərbakan 30 il əvvəl sionistlərin bölgədəki məqsədləri barədə xəbərdarlıq edərək Türkiyədən heç bir şəkildə sionist rejimlə əlaqə saxlamamasını istəmişdi.
Ərbəkan nə deyirdi?
Türkiyənin islamçı siyasətçilərin hamısı Ərbakanın böyük şinelinin altından çıxıblar. Ərbakan hələ Türkiyənin baş naziri olmadığı 1992-ci ildə İsrail haqqında alovlu çıxışında belə demişdi: “Hökumət israillilər barədə millətimizi aldatmamalıdır. Onlar qarşısında bir zərrə qədər gözardı etməməliyik. Əmin olun ki, İsrail təkcə fələstinlilərin düşməni deyil, eyni zamanda bütün Anadolu, Türkiyə və müsəlman dünyası əleyhinə təhdiddir. Biz bu sionistləri İslam dünyasından qovmalı və onlarla münasibət qurmamalıyıq.”
Ərbəkan çıxışının davamında ABŞ-a səslənərək demişdi: “Mən buradan amerikalılara deyirəm: Əgər İsrailin həqiqi hamisisinizsə, gedin onlara öz qitənizdə torpaq və yer verin. Məsələn icazə verin, İslam dünyasının torpaqlarını yandırmaqdansa, Latın Amerikasında ərazi sahibi və nüfuz sahibi olsunlar.”
Ərbəkanın şagirdlərinin bildirdiyinə görə, o, 1992-ci ildə dəfələrlə öz yaxın adamlarına deyib: “İsrailli həyasız təhlilçilərin, jurnalistlərin və tarixçilərin sözlərinə cavab verməsək, bir gün gələcək ki, onlar Amerikanın dəstəyi ilə Beytül-Müqəddəsi sionizmin paytaxtı elan edəcəklər.”
İsrail, Ərbakan-Ərdoğan ixtilafının həyati nöqtəsidir
Ərbakana yaxın bir çox yüksək rütbəli siyasi kadrlar hesab edir ki, Abdullah Gül, Rəcəb Təyyib Ərdoğan və başqalarının İsrail və Fələstin məsələsinə münasibəti həyati və əsas məsələ olub və islamçı Səadət Partiyasının taleyinə təsir qoyub.
Səadət Partiyasının keçmiş liderlərindən olmuş Mustafa Kamalak Ərbəkan və Ərdoğanın ayrılmasının əsas səbəbləri haqda deyib: “İnanın ki, İsrail məsələsi ortada olmasaydı, Ədalət və İnkişaf Partiyası adlı bir partiya yaranmayacaqdı. Məsələ belədir ki, qərblilər bizim müəllimimiz cənab Ərbəkana mesaj göndərərək dedilər: Biz elə bir iş edərik ki, siz Türkiyədə ən üstün gücə sahib olarsınız. Həm maliyyə təmini, həm də müxaliflərin aradan qaldırılması bizim öhdəmizə. Sizin bu haqda qətiyyən narahatlığınız olmasın. Lakin şərtimiz vardır. Birincisi budur ki, İsrailin təhlükəsizliyinə zəmanət verməlisiniz. İsrail olun və onunla heç bir müxalifət etməyin. Bunun üçün sizi təmin edəcəyik. İkincisi budur ki, siyasi İslamın yeni izahında bizə kömək edin. Üçüncüsü, böyük Orta Şərq layihəsində bizə dəstək olun.
Bizim müəllimimiz Ərbəkan bir an da gecikmədən bu təklifləri heç bir müzakirə etmədən rədd etdi. İnanın ki, əgər bu şərtləri qəbul etsəydi, Ədalət və İnkişaf Partiyası təsis edilməyəcəkdi.”
Kamalakın sözləri Nəcməddin Ərbəkanın Gül və Ərdoğan əleyhinə ən ağır ittihamlarından birini yada salır. O, dəfələrlə demişdi ki, üç qərbpərəst general: Ənvər paşa, Tələt paşa və Camal paşa Osmanlının sonuncu şahı Əbdülhəmid xanın devrilməsinə yol açıdılar və Ərbakanın tələbələri də ustadlarının siyasi həyatına son qoymaq üçün yola çıxdılar.
Ərbakanın keçmiş çıxışlarına nəzər salanda görürük ki, o, Türkiyənin Amerikanın “Böyük Orta Şərq” adlı layihəsində ən mühüm rolu oynamaq istədiyini dəfələrlə açıq şəkildə bəyan edib.
Ərdoğan köhnə dostlarının yanına qayıtmağa çalışır
Ərdoğan, Arinç, Gül, Şener və digərlərinin Ərbəkandan ayrılması və Ədalət və İnkişaf Partiyasını təsis etmələrindən sonra Ərbəkan və köhnə tələbələri Səadət Partiyasında faktiki olaraq zəif vəziyyətdə dayandılar və o vaxtdan indiyədək heç vaxt hakimiyyətdə tutarlı paya sahib ola bilməyiblər. Lakin bu partiya öz varlığının səbəbini yaxşılığa dəvət və pislikdən çəkindirmək olduğunu bildirmişdir və məhz hakimiyyət və onda yer almaq ardınca deyil.
Bunula belə, Ərdoğan ötən il Səadət Partiyasını öz partiyasına əlavə etmək istədi. Bu məqsədinə çatmaq üçün partiyanın siyasət şurasının sədri Oğuzxan Əsiltürkün evinə getdi və demək olar ki, onun razılığını əldə edə bildi. Amma Əsiltürk koronavirus səbəbindən vəfat etdi və Səadət Partiyasının sədri Təməl Karamollaoğlu Ərdoğanla sazişə getməməkdən əlavə, Ərdoğanın müxaliflərinə aid ən böyük koalisiyasına qoşuldu.
İsrail prezidenti Şimon Peresin 2008-ci ildə Türkiyəyə üç günlük səfəri Türkiyə-İsrail münasibətlərində dönüş nöqtəsi oldu. Səfər zamanı Peres və Mahmud Abbas prezident Abdullah Gül və baş nazir Ərdoğanın müşayiəti ilə Türkiyə parlamentində çıxış etdilər.
Şimon Peresin Türkiyə parlamentindəki çıxışı İsrail prezidentinin müsəlman ölkə parlamentində ilk çıxışı idi. Türkiyə sionist rejiminin mühüm müttəfiqi sayılırdı və İsraili tanıyan ilk müsəlman ölkəsi olub.
Eyni zamanda Türkiyə-İsrail münasibətlərinin əsas sütunlarından biri də iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq idi. Hətta ikinci Livan müharibəsi zamanı gərginlik artmasına baxmayaraq, Türkiyə-İsrail təhlükəsizlik əlaqələri davam etdi. Türkiyə Peres və Mahmud Abbası qəbul etməklə Fələstin sülh danışıqlarında əsas rol oynamağa çalışsa da, bu məqsədə heç vaxt nail ola bilməyib. Çünki fələstinli mübarizlərin dediyi kimi sionistlər heç bir vədə əməl etmirlər. Bununla belə, Türkiyə yenidən İsraillə münasibətlərinin normallaşdırılmasını gündəmə gətirib və faktlar göstərir ki, Ankara bu arada həddindən artıq şövq nümayiş etdirib.
Türkiyə bir çox fələstinli mübarizlərin və yerli islamçı fəalların etirazlarına baxmayaraq, sionist rejiminin prezidenti Hersoqun səfərinə şərait yaratdı. İsrail prezidentini Ankaraya iki günlük rəsmi səfəri zamanı onun xanımı Mişel Hersoq da müşayiət edir.
“Anadolu” rəsmi xəbər agentliyinin məlumatına görə, İsrail prezidentinin Türkiyəyə iki günlük səfəri bu gün, çərşənbə günü başlayacaq. AKP-yə yaxın ekspertlər isə bu səfərin ikitərəfli münasibətlərdə yeni səhifənin başlanğıcı olduğunu iddia edirlər.
Xəbərin birinci hissəsində vurğulandığı kimi, islamçı Səadət Partiyasının mətbu orqanı olan “Milli Qəzet”-dən (mərhum Nəcməddin Ərbakanın tələbələri) başqa Türkiyənin digər mətbuat və mediası Hersoqun səfərinə tənqidi yanaşmayıb. “Milli Qəzet” partiya lideri Təməl Qaramollaoğluna istinadən Ərdoğan hökumətinə xəbərdarlıq edərək bildirib ki, Ankaranın sionist rejiminin hərəkətlərinə dəstək verməsi Türkiyənin regionda və dünyada gələcəyinə zərər verəcək.
Türkiyə prezidenti R. T. Ərdoğan fevralın 3-də Ukraynaya səfər etməzdən əvvəl İshaq Hersoqun martın ortalarında Türkiyəyə iki günlük səfər edəcəyini açıqlamışdı. Türkiyə-İsrail münasibətləri 2010-cu ildə İsrail hərbçilərinin Mavi Mərmər gəmisinə hücumundan sonra pik həddə çatdı və Fələstində artan gərginliklər də Ankara-Təl-Əviv münasibətlərinə mənfi təsir göstərdi.
Lakin son bir il ərzində MİT rəhbəri Hakan Fidan, müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici siyasət və milli təhlükəsizlik üzrə müşavirlərin sədri İbrahim Kalın və nəhayət, AK Partinin baş müzakirəçisi Ömər Çelik də daxil olmaqla, Ərdoğanın komandası Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması layihəsi üzərində təlaş ediblər və indi zahirən, bu layihə öz məqsədinə çatmışdır.
Mərhum Nəcməddin Ərbakanın 30 il əvvəl bölgədəki sionist hədəfləri ilə bağlı xəbərdarlıq etməsinə və Türkiyədən heç bir şəkildə İsraillə əlaqə saxlamamasını istəsə də, Ərdoğan sionistlərlə münasibətləri normallaşdırmağa çox can atır. O, Hersoqun səfərinin Türkiyə ilə İsrail arasında siyasi, təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsinin başlanğıcı olacağını deyib.
“One minut” böyük şousundan tutmuş münasibətlərin yeni fəslinə qədər
Təhlilin əvvəlki hissəsində qeyd edildiyi kimi, 2007-ci ildə Fələstin Muxtar Hökumuətinin sədri Mahmud Abbas və sionist rejiminin o zamankı prezidenti Şimon Peresin Türkiyəyə səfəri mühüm hadisə idi. Bu səfər Türkiyə-İsrail münasibətlərini gücləndirdi. Amma bu mühüm səfərdən cəmi iki il sonra Türkiyənin o vaxtkı baş naziri, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Təyyib Ərdoğan qəribə bir addım atdı. Davos Ümumdünya Sammitində onunla Peres arasında gərginlik yaşanması dünyanın diqqətini çəkdi. Ərdoğan onu qatil adlandıraraq, Peresə kəskin hücum etdi. Aparıcı da Ərdoğanın sözünü kəsməyə çalışdı, ancaq zahirən ingilis dilindən yalnız “one minut” (bir dəqiqə) qısa bir cümləsini deyə bilən Ərdoğan bir neçə dəfə “one minut” deyə qışqırdı. Yəni bir dəqiqə vaxt verin, sözümü deyim. Daha sonra o, Peresi yerlə yeksan etdi və “bundan sonra Davos mənim üçün bitdi” deyərək iclası tərk etdi. Ərdoğanın bu böyük şousu bir çox İslam ölkəsində bəyənildi və alqışlandı.
Ərdoğan sonralar yenidən sionist rejimi orbitinə qayıtdı və sionistlərin könlünü almaq üçün dedi: “Mən qəzəbimi Peresin yox, aparıcının üzərinə tökdüm!”
8 milyard dollarlıq qazanc
Son illər Türkiyə ilə İsrail arasında diplomatik əlaqələrin səviyyəsinin aşağı düşməsinə baxmayaraq, iqtisadi əlaqələrin həcmində artım tendensiyası müşahidə olunur. Türkiyə Milli Statistika Təşkilatının (TÜIK) məlumatına görə, son 5 ildə Türkiyə ilə İsrail arasında ticarətin həcmi artıb və bu, ötən il 8,4 milyard dollar təşkil edib.
2020-ci ildə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 6,2 milyard dollar olub. Türkiyənin İsrailə ixracı 2021-ci ildə 35,1% artıb və tarixin ən yüksək göstəricisi olan 6,4 milyard dollara çatıb. Türkiyə həmçinin 2021-ci ildə İsraildən 2,1 milyard dollar dəyərində mal və xidmət idxal edib. Dəmir-metal sektoru, avtomobil sənayesi, traktor, velosiped, motosiklet və plastik sənayesi Türkiyənin İsrailə ixracatında ən böyük paya sahibdir.
Qəzzənin yanından sakitcə ötmək
Sionistlərin Fələstin, Livan və digər bölgələrdə törətdiyi vəhşiliklər haqqında onlarla hesabat və məqalə dərc edən türkiyəli analitik Bəkr Şirin Qəzzə ilə bağlı mühüm məqama toxunub.
O deyir: “Türkiyə hökuməti Mavi Mərmərə hadisəsindən əvvəl və sonra sionistlərə dəfələrlə bildirib ki, Qəzzada yaşayış şəraitinin normallaşdırılması və mühasirənin götürülməsi Ankaranın danışıqlar masasına qayıtması üçün ən mühüm şərtlərdən biridir. Amma indi Ərdoğan Hersoqu Türkiyəyə dəvət edəndən sonra onlar Qəzzənin yanından sakitcə və etina etmədən keçiblər və bu barədə susublar.”
Türkiyədə fələstinli mübarizlərin vəziyyəti
Ərdoğanın sözçüsü İbrahim Kalin Hersoqun Türkiyə səfərini yekunlaşdırmaq üçün bir neçə gün əvvəl siyasi və təhlükəsizlik heyəti ilə birlikdə işğal olunmuş ərazilərə səfər etdi. O, Hersoqun ofisinin rəhbəri və bir neçə İsrail təhlükəsizlik rəsmisi ilə görüşməklə yanaşı, fələstinli müqavimət qrupları da görüşdü və Qüdsdə fələstinli uşaqlarla xatirə şəkli çəkdirdi. Deyilənlərə görə, Kalın fələstinli qruplara fəaliyyətlərində heç bir problem olmayacağına dair söz verib. Amma fakt budur ki, təkcə fələstinlilər üçün deyil, həm də Misir Müsəlman Qardaşları fəalları üçün İstanbul və Ankarada ciddi problemlər və məhdudiyyətlər yaradılıb.
Son aylarda Ankara-Qahirə münasibətlərinin normallaşması ilə birlikdə onlarla İxvani (Müsəlman Qardaşları) siyasi və media fəalına mədəni şəkildə xəbərdarlıq edilib ki, Türkiyə ərazisində öz fəaliyyətlərinə son qoysunlar. Ona görə də yaxın həftələrdə eyni hadisənin fələstinli mübarizlərin başına gəlməsi də təbiidir.
Faktlar göstərir ki, Ərdoğan hökuməti sionist rejimi ilə münasibətlərinə siyasi maraqlara əsaslanan tamamilə praqmatik yanaşma tutmuşdur. Şərqi Aralıq dənizində enerji resurslarının idarə olunması və tranziti sahəsində fəaliyyətlər Türkiyə üçün həyati əhəmiyyət kəsb etdiyindən indi AKP-nin əvvəlki alovlu şüarlarından uzaqlaşdığını görürük.