ArxivXəbər lentiXəbərlər
Türkiyənin Azərbaycandakı yeni səfirinin təyinatı rəsmiləşib

Türkiyənin xarici ölkələrdəki 22 səfirinin yerlərinin dəyişdirilməsi barədə daha əvvəl qəbul olunmuş qərar rəsmiləşib.
Qərar “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.
Səfirlərdən 12-si mərkəzi aparata çağırılıb. Onların arasında Azərbaycandakı səfir İsmayıl Alper Coşkun da var. Yeni səfir – Türkiyə XİN-in baş direktor müavini Erkan Özoral yaxın vaxtlarda Azərbaycanda fəaliyyətə başlayacaq.(apa)