ArxivIslamXəbər lentiXəbərlər
Türkiyənin Daxili işlər naziri istefa verdi

qafqaz.ir Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Daxili işlər naziri Süleyman Soylu istefa verib.
O bu haqda sosial şəbəkə səhifəsində yazıb.
Soylu istefasını küçəyə çıxma qadağası elanından sonra yaranan insan izdihamı ilə əlaqələndirib.
Qeyd edək ki, küçəyə çıxma qadağasının elanından sonra insan kütləvi surətdə marketlərin qarşısına çıxmış, sosial şəbəkə və müxalifətin tənqidinə səbəb olmuşdu.