ArxivXəbər lentiXəbərlər

Üçtərəfli Moskva görüşünün yekun bəyanatı

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin Moskva müzakirələrinin yekun bəyanatı yayılıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Eduard Nalbandyan və Sergey Lavrov Moskvada görüşərək, Qarabağ münaqişəsinin həll yollarını araşdırıblar.

Bu iclasın yekun bəyanatında sülh prosesinin irəliləyişinə lazımi şəraitin yaradılması, sabtiliyin bərqərarı və təmas xətlərində gərginliyin azaldılması istiqamətində Vyana və Sankt-Peterburq iclaslarında əldə olunmuş razılaşmaların Azərbaycan Respublikası və Ermənistan başçıları tərəfindən icra olunması vacibliyi vurğulanıb.

Bu məlumata görə, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycan Respublikası, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli üzrə üçtərəfli Moskva müzakirələri bu gün bağlı qapılar arxasında və müxbirlərin iştirakı olmadan Moskvada keçirilib.

Azərbaycan Respublikası və Ermənistan arasında münaqişə 1988-ci ildə başlandı və 1992-ci ildə hərbi qarşıdurmaya çevrildi.

1994-cü ilin mayında iki münaqişə tərəfi arasında atəşkəs rejimi bərqərar edildi, lakin ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi indiyədək heç bir nəticə verməyibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button