Bismillahir rəhmanir rəhim.
İnna lillahi və inna ileyhi raciun.
Bütün müsəlmanları kədərləndirən Həcc faciəsi bizim də qəm və qüssəmizə səbəb oldu.
Uzun illərdir ki Səud rejiminin səhlənkarlığı, xəyanəti, şeytani istəkləri minlərlə müsəlmanın ölümü ilə nəticələnib. Hətta müqəddəs torpaqların dəfələrlə qana batmasına səbəb olublar ki onlardan da biri son günlərdə minə qədər zəvvarın ölümü ilə nəticələnən hadisədir.
Müqəddəs məkanlar nə qədər ki bu azğın rejim tərəfindən idarə olunacaq o zamana qədər də o məkanlarda əmin-amanlıq olmayacaq. Bütün dünya müsəlmanları gərək bu hadisəyə laqeyid qalmasın.
Səud rejimi tərəfindən şəhid edilən zəvvarlara Allahdan gözəl axirət arzu edir, ailələrinə və bütün müsəlmanlara başsağlığı diləyirik.
Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi.
(ÜGMADİ)