ArxivXəbər lentiXəbərlər

Ümumdünya Antidopinq Agentliyi Azərbaycana xəbərdarlıq etdi

Ümumdünya Antidopinq Agentliyi xəbərdarlıq edib ki, “Əgər Azərbaycan idmançıların yoxlanması problemlərini bu cür yavaş-yavaş həll etməyə davam edərsə, WADA-nın tələblərinə uyğun olmayan ölkə adlandırıla bilər”.

Ümumdünya Antidopinq Agentliyi (WADA) əvvəlki kimi, Azərbaycanda dopinqlə aparılan mübarizədən narazıdır. Bu, WADA-nın və Azərbaycandan olan nümayəndələrin görüşündən sonra məlum olub.

Virtualaz.org-un məlumatına görə, Başqa sözlə, WADA Azərbaycanı antidopinq qaydalarını qərəzli şəkildə pozan Rusiya və Keniya kimi ölkələrlə bir sıraya qoymaqla hədələyir. Yeri gəlmişkən, bu ölkələrin idmançıları Rio Olimpiadasından öncə əlavə dopinq yoxlamasından keçəcəklər.

2015-ci ildə yalnız Azərbaycan Avarçəkmə Federasiyası öz idmançılarını iki dəfə yoxlayıb. “Azərbaycanda testlər niyə belə az keçirilir” sualına Beynəlxalq Avarçəkmə Federasiyası (FISA) nümayəndələri bildirmişdilər ki, onların buna kifayət qədər maddi vəsaitləri yox idi, çünki maliyyə Avropa oyunlarının keçirilməsinə xərclənmişdi.

Amma WADA-da inanmırlar ki, “”Formula-1″ kimi yarışı keçirən və zəngin ölkə olan Azərbaycan dopinq-yoxlama üçün maddiyyata malik deyil”.

Son illər ərzində Azərbaycanın 18 nəfər ağır atletinin dopinq-sınaqları müsbət nəticə verib. Nəticədə isə Azərbaycan ağır atletika üzrə bütün olimpiya lisenziyalarından məhrum edilib.

Gənclər və İdman Nazirliyi antidopinq şöbəsi bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button