Bu gün mübarək Ramazan ayının sonuncu cümə günü dünyanın əksər yerlərində, xüsusilə islam dünyasında Beynəlxalq Qüds Günü kimi qeyd edilir. Təməli 1982-ci ildə böyük islam inqilabının rəhbəri Ayətullah Xomeyni tərəfindən qoyulan Qüds günü, hər il dünyanın müxtəlif ölkələrində elmi diskussiyalar, konfranslar, mitinqlər və aksiyalar formasında qeyd edilərək, 60 ildən çoxdur Fələstin xalqına qan udduran və müsəlmanların ilk qibləsi sayılan Beytul Müqəddəsi işğal altında saxlayan sionist İsrail rejiminin cinayətlərinə etiraz olunur.
bu gün Dərbənd şəhərində də hər il olduğu kimi müsəlmanların həmrəylik rəmzi olan Qüds günü münasibəti ilə aksiya keçirilib.
Aksiyada Dərbənd məscidlərinin şiə və sünni alimləri, möminlər iştirak ediblər.