ArxivXəbər lentiXəbərlər

Ümumi Gürcüstan Musəlmanları Ali Dini İdarəsinin 1 illik yubileyi keçirildi.

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin 1 illiyi ilə bağlı tədbir keçirildi.

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsnin 1 illiyi ilə bağlı Marneuli Şəhərəində yubiley tədbiri keçirildi. Tədbirə möminlər və Ruhanilər dəəvət olunmuşdu. Qaydaya əsasən tədbir Məddah Rıza Cəfərinin Qurani kərim sədası ilə açıldı. Sonra söz Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Cənab Mir Təqi Əsədova verildi. İdarə sədri öz çıxışında Qeyd olunan İdarənin 1 il ərzində gördüyü işlər və uğurlar  haqqında gələn qonaqlara hesabat verərək məclisdə iştrak edən dəyərli qonaqlara öz təşəkkürünü bildirdi.

İdarə sədrinin çıxışından sonra, söz dəyərli Ruhani, İmam Huseyin(ə) məscidinin axundu və İmam Rıza(ə) mədrəsəsinin sədri hörmətli Hacı Əziz Nəbiyevə verildi. Hacı Əziz Nəbiyev öz çıxışında, Müsəlmanları “Qədir Xum” bayramı munasibəti ilə təbrik etdikdən sonra, Vilayəy və imamət haqqında dəyərli məqamlara toxunaraq qonaqlara məlumatlar verdi. Həmçinin, Gürcüstanda İslam uğrunda  fəaliyyət göstərən   bütün təşkilatların  gələcək işlərində uğurlar arzuladı. Məcli Məddah Rıza Cəfərinin İmam Əli(ə)-a ait səsləndirdiyi şerlərlə  başa çatdı.

Xatırladaq ki, Ümumi Gürcüstan Müsəlmanalrı Ali Dini İdarəsi artıq 2 ildir ki, yaranıb və 1 ildir  fəaliyyət göstərir.

Qeyd edək ki, qeyd olunan tədbir Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi tərəfindən həyata keçirildi.











Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button