AktualAktualArxivXəbər lentiXəbərlər
“İran, Qafqaz və Osmanlıda, İslam VəhdətiTəfəkkürü”peşəkar konfrans

Bu gün səhər saat 11:00-dəMühəqqiqUniversitetinin Dinlər və Humanitar Elmlər İnstitutlarının amfiteatrında “İran, Qafqaz və Osmanlıda, İslam VəhdətiTəfəkkürü” mövzusundapeşəkar konfransbaş tutdu.
Qafqaz Mədəniyyət Mərkəzi -Konfransın əvvəlində Quran qiraətindən sonra,Azərbaycan mədəni əlaqələr şobəsinin nümayəndəsi doktor Hüseyni, qonaqlarısalamlayıb və mərasiminməqsədinin regionla tanışlıq, Qafqaz regionunun və tarix boyu burada yaşayan müsəlmanların həqiqi bioqrafiyası və bunun Qafqaz regionuna və dünya müsəlmanlarına təsirinin araşdırılması olduğunu qeyd etdi.
Daha sonra konfransın əsas natiqi Təbriz Universitetinin müəllimi doktor Abdullahi regionda İslam vəhdəti barəsində görüşlərini bölüşdü.
O, çıxışının əvvəlində Qafqaz regionu və tarix boyu burada hökmranlıq etmiş hakimiyyətlərə toxundu. Daha sonra isə, Nasrəddin şah Qacarın şahlığı, Oslamlı imperatorluğu və Oslamlıların Qafqaz regionu və dünya müsəlmanlarına etdiyi zülmlərbarədə qısa izah verdi. Daha sonra bu şahların hakimiyyəti dönəmində İslama və müsəlmanların birliyinə kömək edən şəxslər barədə söz açdı.
Çıxışının davamında isə qeyd etdi: “Qafqaz regionunun xalqları, regionda və Rusiyahökmranlığı altında olan müsəlmanlar, həmişə iranlı olduqlarınaı təkid ediblər və öz iranlı və müsəlman kimliyini qorumağa çalışıblar. Həqiqətdə isə, müsəlmanların o zamanda İslam vəhdəti yaratmalarının əsas səbəbi, zülm və sitəm əleyhinə qalxmaları idi.
Qafqaz regionunda İslam birliyi mövzusunda gözəçarpan əməyi olan şəxsiyyətlərdən biri də Seyyid Cəmaləddin Əsədabadi idi. Bu məntəqənin (İran, Qafqaz və Oslamnlı) alimlərinin çoxusu, bu dahi şəxsiyyətin başçılığı altında daima İslam birliyini dəstəkləmişlər. Bu şəxsiyyətlərdən Mirzəxan Kermani və Şeyx Əhməd Ruhinin adını qeyd etmək olar.
O daha sonra vurğuladı: “Bu ideologiya, tez bir zamanda Oslanlı sərhədlərini aşaraq iranlılar və regionun digər yerlərində özünə tərəfdar topladı. Bu arada Rusiya çarlığı təsiri altında olan Cənubi Qafqaz müsəlmanları bu hərəkatdan kənarda qalmadılar. Oslanlı ilə əlaqəsi olan ziyalılar arasında da “İslam birliyi” düşüncəsi sürətlə nüfuz etdi və o zamanda bir çox Qafqaz mütəfəkkirləri bu düşüncənin aparıcı şəxslərinə çevrilmişdilər”.
Təbriz Universitetininmüəllimi, doktor Abdullahi söhbətinin davamında dedi: “İslam birliyini həyata keçirmək üçün müsəlman cəmiyyətləri arasında müxtəlif addımlar atılmışdır və o cümlədən İranda SeyidCamaləddin Əsədabadi, Mirzə Ağaxan Kermani və Şeyx Əhməd Ruhi, bu məqsədə çatmaq üçün böyük addımlar atmışdılar. Seyid Cəmaləddin Əsədabadi inanırdı ki, vəhdət və birlik İslamın canındadır, lakinİslam dünyasına qənim kəsilmiş hökmdarlar öz şəxsi maraqlarına xatir bu təfəkkürün reallaşmasını istəmirlər.
Doktor Abdullahinin sözlərinə görə,CənubiQafqazın İslam vəhdəti təfəkkürü, Əli bəy Hüseynzadə və Əhməd Ağayevin adı ilə bağlıdır və CənubiQafqazınİslam birliyini araşdırarkən bu iki şəxsiyyətin fikirlərinə müraciət etməmək mümkün deyil.
O artırıb: “Əli bəy Hüseynzadənin siyasi fəlsəfəsi xülasə şəkildə türk olmaq, müsəlman olmaq, günün hadisələrindən xəbərdar olmaqdan ibarət idi. O müsəlmanların qəflətinə acıyır, avropalıları müsəlmanların dünyadakı şəraitindən və bir-birlərindən xəbərsizliyindən istifadə edərək dünya xalqını aldatmaqda ittiham edirdi. Əli bəyin fikrincə bu gün dünyada şahid olduqlarımız panxristianlıqdır və dillərə düşən panislamçılıq avropalıların yaydığı fikirdir. Çünki İslam öz zatında müsəlmanların vəhdəti anlayışını daşıyır.
O qeyd etdi ki, regionda baş verən proseslər, o cümlədən Osmanlı İmperiyasının süqutu, Azərbaycan Respublikasındabaş verən hadisələr və İranda olan M)əşrutə İnqilabı tarixin bir zamanında unuduldu.
O cümlədən Qafqaz regionunda bu fonda çalışanlardan olan Əli bəy Hüseynzadə, axund Hüseyn Talibzadə və Tara Tarayev, Qafqaz regionunda birlik partiyasının başçılarından idilər. Həmçinin, öz xidmətləri ilə İslam vəhdətinə köməyi dəyən şəxslərdən Axund Talibzadənin adını çəkmək olar.
Bu illərdə, hətta ən uzaq yerlərdən o cümlədən Sibirdən belə bu qurultaya nümayəndə göndərilən “Qafqaz müsəlmanları birliyi”nin yaranmasından sonra, çar Rusiyası kəskinaddımlar atdı və bir sıra məhdudiyyətlər tətbiq etdi. Hətta, bu səbəbdən müsəlmanlar öz qurultaylarını gəmidə keçirtməyə məcbur olurdular.
Müsəlman birliyinin son qurultayı, 1917-ci ildə Rusiyada təşkil olunur və buna baxmayaraq müsəlmanları qarşıdan gələn dünya müharibəsinə cəlb etmək üçün Rusiya bu qurultayı dəstəkləyir.
Doktor Abdullahi çıxışında qeyd etdi ki, çağdaş dönəmdə müsəlmanlar arasında ixtilafların baş qaldırmasını istəyən qüvvələrin mövcudluğunu nəzərə alsaq, tarixin öyrənilməsi zəruridir və müsəlmanlar arasında vəhdətə və həmrəyliyə böyük ehtiyac duyulur. O, çıxışının sonunda İslam dünyasında yaranan problemlərin həlli yolunu, müsəlmanların vəhdətində görərək dedi: “İran İslam İnqilabı da həmçinin, İslam birliyi tərəkkürününgerçəkləşməsinin və xalis İslam nurunun bütün dünyaya saçmasının ardıncadır.