Rusiyada ölümcül virusa görə 5 nəfər xəstəxanaya yerləşdirildi

İrkutsk Regional Klinik Xəstəxanasının baş həkimi Vladimir Xabudaevin dediyinə görə, BDU rektoru bir neçə çinli tələbənin dərsə gəlməməsi səbəbindən onlarla əlaqə saxlayıb. Məlum olub ki, çinlilər iki-üç gün əvvəl xəstələniblər və bundan əvvəl tətil üçün vətənlərinə gediblərmiş. Onların evdə qalması koronavirus infeksiyası üçün mümkün olan inkubasiya dövrünə uyğundur.
Vladimir Xabudaevin sözlərinə görə, bu xəstələrin nə ilə xəstələndikləri etibarlı şəkildə məlumdur: “Analizlərin nəticələrinə görə, onlrın hamısında mövsümü “A” qripinin siptomu var. Koronavirus infeksiyasını tamamilə istisna etmək üçün xəstələrin müayinələri Novosibirskə göndərilib.”
Xəstə çinli tələbələrə görə BDU-nun yataqxanasında karantin tətbiq olunub.