ArxivXəbər lentiXəbərlər

Mərkəzi Bank: Azərbaycanda problemli kreditlər 9 faiz təşkil edir

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16713,3 milyon manat təşkil edib. Onun 13156,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il avqust ayının 1-i ilə müqayisədə 17,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9 faizini təşkil edib.

 Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il avqust ayının 1-nə 7843,8 milyon manat təşkil edib.

 Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,61 manata (ilin əvvəlindən 1,56 manata), 1 Avroya – 1,81 manata (1,74), 100 Rusiya rubluna – 2,48 manata (2,27) bərabər olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button