İş tapa bilməyən gənc özünü asdı-BAKIDA

Bu gün səhər saatlarında Suraxanı rayonu, Yeni Ramana qəsəbəsinin sakiniintihar edib.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 1996-cı il təvəllüdlü Paşazadə Səxavət yaşadığı evin həyətində özünü asıb.
Sosial şəbəkədə Tacəddin Gara adlı profilin sahibi isə gəncin intihar səbəbini paylaşıb. O, Səxavətin iş tapa bilmədiyi üçün özünü asdığını bildirib.
Heç bir problemi, borcu olmayan insan işsizlikdən bezib. “Hamı nitqində problemin var” deyib işə qəbul etmirdi. Bu nə dərəcədə düzgündür axı ay iş adamları, ay “Azpetrol”, ay cənab nazir?! Əsgərliyə aparanda problem olmur, amma MAXE düzələndə “məruzə edə bilməzsən” deyib işə götürmürlər. Nəticədə 23 yaşlı boylu-buxunlu bir insan ondan 2 manat yol pulu, bundan 2 manat siqaret pulu almaqdan bezib”, – deyə mərhumun dostu bildirib.