“İsrail səfiri Dan Stavın APA-ya verdiyi müsahibədə səsləndirdiyi fikirlər səfirdən fərqli olaraq normal insanlarda damarda qanı dondurur”.
İslaminsesi xəbər verir ki, bu fikirləri politoloq Akif Heydərli İsrail səfirinin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib: Səfir, Fələstinin Qəzza bölgəsində İsrail ordusunun 60-dan çox fələstinli dinc aksiyaçını qətliam etməsini, 3000 insanın-qadın, uşaq, həkim, jurnalistin yaralanmasını və ya öldürülməsini fələstinlilərin, HƏMAS-ın günahı hesab edir. Burada dahi filosoflardan birinin dediyi “ən dəhşətli böhran vicdan böhranıdır” fikri yadıma düşür. Səfir İsrailin Qəzzada törətdiyi bəşəri cinayəti qınayan beynəlxalq ictimaiyyətin mövqeyini yanlış mövqe hesab etməklə nümayəndəsi olduğu sionist rejimin dünya ictimaiyyətini saya almadığını, öldürməyin, məhv etməyin, cinayət törətməyin bu rejimin əsas peşəsi olduğunu təsdiq və sübut edir. Dan Stav bldirir ki, Qüds 1080- ci ildə yəhudi dövlətinin paytaxtı olub. Qövmün nümayəndəsi Tövratı təhrif etdikləri kimi, tarixi də beləcə təhrif edir”.
Akif Heydərlinin sözlərinə görə, dünyaya səpələnmiş və bitdiyi hər yerdə fitnəkarlığı özünə peşə seçmiş sionizmi bu gün həqiqi yəhudilər insanlığa qarşı törətdikləri əməllərə görə kin və nifrətlə qarşılayırlar: “Görəsən yerini münbit görən bu sionist nümayəndəsi buna nə deyir? Səfir fikirlərində bir qədər də irəli gedərək beynəlxalq ictimaiyyətin İsrailin cinayət əməllərinə etiraz bəyanatlarını, fələstinlilərin etiraza daha da təhrik edilməsi kimi dəyərləndirir. Bu iradələrin əksinə gedərək ərəb xalqını təhdidə keçir. O, bildirir ki, fələstinlilər İsrailin dövlətçiliyini və bu torpaqlara sahibliyini tanımayınca belə hadisəslər qaçılmazdır. Mən də deyirəm nə qədər ki, sizin kimi bəşəri cinayətkarlar bir müsəlman dövlətinin mərkəzində əyləşib müsəlmanlara, insanlığa qənim kəsilməkdən çəkinməyəcəklər, kütləvi qırğınlar törədəcək və bundan sonra rahat nəfəs də alacaqlar, sizlərə gözünüz üstə qaşın var deyən olmayacaq qanlı dövranınızı sürəcək, qan üzərində taxt-tac quracaqsınız. Amma onu da deməliyəm ki, Allahın da bir səbr müddəti vardır. Dövləti terrorla məşğul olanlar, məzlumları terrorçu, həm də 100 ilin terrorçusu adlandırmaq haqsızlığın, ədalətsizliyin, ən sonda həyasızlığın son həddidir”.