Vəhabilərin cərgəsində vuruşan erməni muzdlu öldürüldü “Foto”

Suriyada təkfirçilərin cərgəsində çox sayda quldurların vuruşması artıq sirr deyil
İslamazeri-nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 10 il əvvəl Səudiyyədə vəhabiliyi rəsmən qəbul edən Eqiş Karapetyan Suriya döyüşlərində “Yezidi rəhbər” bilən “İraq Şam “İslam” Dövləti” adlı terrorçu qruplaşmaya qoşulub.
Bir neçə gün əvvəl isə, Suriya ordusu və Livan “Hizbullah”ının döyüşçüləri bu erməninin bir neçə təkfirçi ilə birlikdə Xanım Zeynəbin ziyarətgahına hücum zamanı qətlə yetiriblər.
Bu xəbəri yayan saytın məlumatına görə, bir çox erməni terrorçu qruplaşmalara qoşularaq Suriyadakı sabitliyin pozulması üçün əllərindən gələni əsirgəmirlər.
Hətta Qarabağ döyüşlərində Azərbaycana qarşı döyüşən ermənilərdən onlarla komandirin də, Suriyada vəhabilərə kömək etdiyi önə çəkilir.