ArxivXəbər lentiXəbərlər

`Bir gün Qarabağda` adlı tədbir keçiriləcək

Dekabrın 24-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda Beynəlxalq Muğam Mərkəzində məcburi köçkünlərin iştirakı ilə “Bir gün Qarabağda” adlı bədii-musiqili yaradıcılıq tədbiri təşkil edəcək.
Bu barədə FaktXəbər-ə Dövlət Komitəsindən bildirilib. Tədbirin keçirilməsində məqsəd Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq və stimullaşdırmaqdır.
Tədbirdə ərazisi işğal edilmiş rayonların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı nəzərdə tutulur.  Onlara  bölgənin folklor və mətbəx mədəniyyəti nümunələri,  məcburi köçkünlərin yaradıcılıq işləri  təqdim olunacaq. Tədbir Qarabağ muğam məktəbi yetirmələrinin konserti ilə başa çatacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button