ArxivXəbər lentiXəbərlər
İran kanalı `Qarabağ`a film həsr etdi – VİDEO

Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Qarabağ” hələ də dünya mətbuatının gündəmindədi.
Ağdam klubunun uğuru bu dəfə İranda müzakirə edilib. Bu ölkənin TV-90 idman kanalının “Futbol 120” proqramının son buraxılışı təmsilçimizə həsr edilib. Verilişdə “Qarabağ”ın uğurları, tarixi, nəticələri, keçdiyi yol haqqında məlumat verilib.
Eyni zamanda, həmkarlarımız Qarabağ probleminə və dünya ictimaiyyətinin bu həqiqətə biganə qalmasına da toxunublar.