Vəhhabi alimdən tükürpədən fətva: “….məhrəmləri ilə nikah bağlaya bilərlər”

“Müxaliflər, nigah üçün naməhrəmin olmaması təqdirdə məhrəmləri ilə nigah bağlaya bilərlər”
İslamazeri.az İnternet Qəzetinə istinadən veridyi xəbərə görə, Səudiyyə müftisi şeyx Nasir əl-Ömər çaşqınlığa səbəb olan qalmaqallı bir fətva verib.
O, “Vusal” kanalına verdiyi açıqlamalarda bildirib: “Suriyada təhlükəsizlik qüvvələrinə qarşı silahlı mübarizə aparan müxaliflər, nigah üçün naməhrəmin olmaması təqdirdə məhrəmləri ilə nigah bağlaya bilərlər.”
Şeyx Nasir əl-Ömər bu fətvanın yalnız “mücahidlər” üçün keçərli olduğunu qeyd edib.
O, sözlərinin davamında terrorçuların gördüyü işləri tərifləyib, “nigah cihadı” adı altında qadınları cinsi “xidmət” göstərməyə məcbur edənləri müdafiə edib, cinsi istismarı tənqid edənləri isə pisləyib: “Nigah cihadının əleyhinə təbliğat aparanlar, Suriyada qadın və körpələrə qarşı törədilən cinayətlər qarşısında sakit dayanıblar.”
nardaranpiri.com