Bildirilib ki, Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən 15 min manat, 5 min ABŞ dolları və min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Talib İsgəndərov müəyyən olunaraq saxlanılıb.