ArxivXəbər lentiXəbərlər

Vəkil: İctimai fəalın həbs müddəti bitsə də azadlığa buraxılmır

İctimai fəal Rafael Hüseynzadənin həbs müddətindən 4 gün keçməsinə baxmayaraq azadlığa buraxılmayıb.

Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində məlumat yayıb.

“Rafael Hüseynzadə Abşeron rayon Məhkəməsinin 2 sentyabr qərarı ilə inzibati qaydada 15 sutka həbs edilib. Lakin Hüseynzadənin həbs müddəti sentyabrın 17-də başa çatsa da, o, hələ də qanunsuz olaraq həbs yerində saxlanılır,” vəkil Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi hakim Elman Əhmədovun sədrliyi ilə Rafael Hüseynzadənin apellyasiya şikayətinə baxıb və Abşeron rayon Məhkəməsinin 15 sutkalıq inzibati həbs qərarını qüvvədə saxlayıb. Məhkəmə iclasına sədrlik edən hakim Hüseynzadənin həbs müddətinin başa çatdığını və onun artıq həbsdən buraxıldığını bildirib.

Vəkil Abşeron rayon Məhkəməsinin elektron-məhkəmə saytında yerləşdirilmiş qərarının fotosurətini də dərc edib.

Rafael Hüseynzadənin atası Füzuli Hüseynov sentyabrın 21-də Amerikanın Səsinə bildirib ki, oğlu hələ də həbs yerindədir və o azadlığa buarxılmayıb.

Maraqlıdır ki, Abşeron Rayon Məhkəməsindən sentyabrın 3-də Rafael Hüseynzadənin ailəsinə onun 30 sutka inzibati həbsə məhkum edildiyini bildiriblər.

Hüseynzadənin atası Füzuli Hüseynov sentyabrın 3-də Amerikanın Səsinə bildirib ki, oğlunu polis idarəsinin qarşısında səs-küy salaraq ictimai qaydanı pozmaqda günahlandırıblar.

Rəsmi qurumlar hələ vəkilin bəyanatına münasibət bildirməyib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button