ArxivXəbər lentiXəbərlər
Bakının Binə qəsəbəsində möhtəşəm bayram şənliyi keçirilib -FOTO

Ötən axşam Bakının Binə qəsəbəsində İmam Zamanın (əc) mövludu münasibəti ilə Əhli-Beyt (ə) vurğunlarından bir qrupunun iştirakı ilə möhtəşəm şənlik mərasimi keçirilib.
Maide.Az xəbər verir ki, noğul və şirniyyat paylanması ilə müşayiət olunan bu şənlikdə ölkənin müxtəlif bölgələrindən ruhanilər, Binə qəsəbə sakinləri və ətraf qəsəbələrdən qonaqlar iştirak edib.
Mərasim Quran tilavəti ilə başlayıb. Müqəddəs ayələrin tilavətindən sonra məclisdə iştirak edən ruhanilər İmam Zaman (əc) və Əhli-Beyt (ə) həyatına dair bilgilərlə geniş nitqilə çıxış edib və mərasim iştirakçılarını, dünya müsəlmanlarını bu əziz mövlud günü münasibətilə təbrik ediblər.
Daha sonra Əhli-Beyt(ə) şairləri və ilahi nəğmələr qrupu İmam Zamanın (əc) vəsfində şerlər söyləryib və məddahlıq edib.
Sonda mərasim iştirakçıları şam namazı qılıb və Həzrət Mehdinin (əc) tezliklə zühur etməsi üçün dualar oxuyublar.




.jpg)



.jpg)
.jpg)

