ArxivXəbər lentiXəbərlər

Daha bir ilahiyyatçı polis bölməsinə aparıldı, inanclılar etiraza qalxdı, çox sayda saxlanılan var

AzadXeber.az-ın məlumatına görə, Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısında toplaşan etirazçılara müdaxilə olunub. 20-dən çox saxlanılan var. Saxlanılanlar arasında “Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin üzvləri Ağaəli Yəhyayev, Elxan İskəndərov, inanclılardan Rza, Azad və digərlərinin olduğu bildirilir. Əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun şəxsən gəldiyi bildirilir.

22:50

AzadXeber.az-ın əməkdaşı Samir Mirzə mülki geyimli polislər tərəfindən naməlum istiqamətə aparılıb. Onun ərazidə çəkiliş apararkən saxlanıldığı bildirilir.

22:33

AzadXeber.az-ın əməkdaşının məlumatına görə, artıq çox sayda saxlanılan var. Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısına gedən yollar DYP tərəfindən bağlanılıb. Jurnalistlərin ərazidə çəkiliş etməsinə maneə törədilir.

22:29

AzadXeber.az-ın əməkdaşının məlumatına görə, hazırda Sabunçu Rayonu Baş Polis İdarəsi qarşısında çox sayda inanclı toplaşıb.

İdarə qarşısında toplaşanlar MBH-nin idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımovun sərbəst buraxılmasını tələb edir

22:12

İlahiyyatçı Elçin Qasımov polis bölməsinə aparılıb.

AzadXeber.az-a daxil olan məlumata görə, “Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin sədri E.Qasımov Maştağada yaşadığı ünvanın önündən polis bölməsinə aparılıb. Onun rəis müavininin maşını ilə qarşısı kəsilib Sabunçu Rayonu Baş Polis İdarəsinə aparıldığı bildirilir.

Bundan bir qədər öncə ilahiyyatçı Elman Ağazadə Lənkaranda polis bölməsinə çağırılıb. Daha sonra sərbəst buraxılıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button