İran inqilabının rəhbərinin cari şəmsi ilində bildirdiyi ən təsirli söz təyin olunub
İran İslam İnqilabının rəhbəri Ayətullahül-üzma Seyid Əli Xameneinin rəsmi saytının istifadəçiləri, onun bu ilə olan ən təsirli sözünü seçiblər. Birinci yerdə Ayətullah Xameneinin sionist rejiminə cavab olaraq bildirdiyi bu cümlə olub: “İsrail rejimi qarşıdan gələn 25 ili görməyəcəkdir.” Diqqət olunası məqam burasındadır ki, son 3 ildə Ayətullah Xameneinin seçilən ən təsirli sözləri məhz Sionist rejimi əleyhinə dediyi sözlər olub.