ArxivIslamXəbər lentiXəbərlər
Valideyn övladlarının hicab qadağası ilə üzləşdiyini vurğulayır – Video

Bilgəh kənd sakini Nicat Rəşidov 14 yaşlı qızı İradə Rəşidovanın təhsil aldığı 142 nömrəli orta məktəbdə təzyiqə məruz qaldığını bildirir.
Onun sözlərinə görə, sözügedən məktəbin direktoru Gülnaz Abdullayeva qızının hicabla məktəbə gəlməməsini tələb edərək, ona dəfələrlə sinif yoldaşlarının yanında təzyiq göstərib, nəticədə qızı bir daha sözügedən məktəbə getmək istəmədiyini qeyd edib.
Məsələ ilə bağlı 142 nömrəli məktəbin direktoru Gülnaz Abdullayeva ilə əlaqə saxladıq. Direktor “mən hal – hazırda siyahıya almadayam, suallarınıza cavab verə bilmərəm” deyərək telefonunu söndürüb. Lakin valideynlər həmin gün məktəb ərazisində olan əməkdaşımıza direktorun öz otağında olduğunu vurğulayıblar.