Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Əfqanıstanın Qəndəhar şəhərində şiə məscidinə edilən terror aktını pisləyib və günahkarların cəzalandırılmasını istəyib.
Mariya Zaxarova ölənlərin ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, İŞİD terror qruplaşması 15 oktyabrda Əfqanıstanın Qəndəhar şəhərində şiə məscidinə edilən terror hücumunun məsuliyyətini üzərinə götürüb.