ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Vaşinqtonda Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbi ilə aksiya keçirilib

29 oktyabr tarixində azərbaycanlı siyasi mühacirlərdən ibarət bir qrup Vaşinqtonda, Ağ Evin qarşısında Azərbaycanda siyasi məhbusların azad edilməsini tələb edən etiraz aksiyası keçirib.

Aksiya barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Aksiya zamanı iştirakçılar həmçinin ölkədə siyasi məhbusların mövcud olması səbəbilə Bakıda keçiriləcək COP29 iqlim konfransının boykot edilməsinə çağırıblar. Etirazçılar siyasi məhbusların portretlərini qaldıraraq onların azad edilməsini tələb ediblər.

Lakin Azərbaycan hakimiyyəti ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı yerli və beynəlxalq təşkilatların tənqidlərini rədd edir. Rəsmi Bakı Azərbaycan vətəndaşlarının siyasi motivlərlə təqib edilməsi praktikasını inkar edir və “hamının qanun qarşısında bərabər olduğunu” bəyan edir.

Bu arada, yerli insan haqları qrupları ölkədə hazırda 319 siyasi məhbusun olduğunu bildirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button