Xəbərlər

Vatikan İlham Əliyevi təltif etdi!!

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-də Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Vatikan Dövləti tərəfindən təltif olunub!


kitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev həyata keçirilən birgə layihələrin önəmini qeyd edib. Azərbaycanla bağlı sərgilərin Vatikan muzeylərində nümayişinə toxunan dövlət başçısı son illər əməkdaşlığın yeni formatda inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni kardinal Canfranko Ravaziyə təqdim edib.
Canfranko Ravazi yenidən prezident seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib. O, Azərbaycanla Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə prezident İlham Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan “Medalla Sede Vacante” medalına layiq görüldüyünü deyib və Müqəddəs Taxt-Tacın adından medalı Azərbaycanın dövlət başçısına təqdim edib.

Səhərtv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button