ArxivXəbər lentiXəbərlər

Vicdan məhbusu 55 illik yubileyini məhbəsdə qarşıladı

Müsavat Partiyası başqanının müavini, köşə yazarı, vicdan məhbusu Tofiq Yaqublunun 55 yaşı tamam oldu.

Artıq 3 ildir ki, zindan həyatı yaşayan T. Yaqublu 55 illik yubileyini 13 saylı cəzaçəkmə müəssisəsində qarşılamalı oldu.   Tofiq Yaqublu Azərbaycan torpaqları uğrunda aparılan müharibənin veteranı, Qarabağ qazisidir. O, döyüşlərdə igidlik göstərmiş, hətta Elçibəy iqtidarı zamanında onun Milli Qəhrəman adı ilə təltif olunması üçün təşəbbüslər göstərilmişdi. Həmin dövrün ağır və pərakəndə durumu, eləcə də T. Yaqublunun təvazökarlığı bu təşəbbüsün nəticələnməsinə imkan verməyib.   İsmayıllı hadisələrinə görə əsassız olaraq həbs olunan T. Yaqublu “Yeni Müsavat” qəzetinin rəsmi  əməkdaşıdır. Lakin istintaq orqanları ona cinayət işi açarkən bu faktı görməzdən gəlmiş, bir jurnalsit kimi hasdisə yerinə ezam olunan Yaqublunun partiya mənsubiyyətini qabardaraq, onu iğtişaş yaratmaqda suçlamışdılar. Bu iddia daha sonralar istintaqda və məhkəmədə heç bir sübut növü ilə təsdiq olunmamışdır. Beləliklə, T. Yaqublu artıq 3 ildir ki, əsassız və heç bir günahı olmadan həbsxana həyatı yaşayır. Bu müddət ərzində onun sevimli qızı, gənc fəal və jurnalist Nərgiz Yaqublu vəfat edib…    “Yeni Müsavat” media qrupunun kollektivi Azərbaycanın bu dəyərli vətəndaşının, namuslu ziyalısının, qəhrəman qazisinin, mətanətli ailə başçısının özəl gününü- 55-ci doğum gününü ürəkdən təbrik edir, onunla qürur duyduqlarını bildirir və Tofiq bəyi sevən hər kəsi təbrik edirlər.        Musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button