ArxivXəbər lentiXəbərlər

Vladimir Putin: Allah Türkiyə iqtidarını ağıldan məhrum etməklə cəzalandırıb

“Amma Türkiyə xalqı çox mehriban, istedadlı, əməksevər bir xalqdır”

Rusiya Prezidenti Vladimir Putin Federal Yığıncağa müraciətində Türkiyə rəhbərliyini İŞİD və digər terror təşkilatlarına dəstək verməkdə günahlandırıb. O, çıxışında Türkiyə xalqını dost adlandırsa da Erdoğan hakimiyyətini kəskin tənqid edib.  


İnterAz Rusiya KİV-lərinə istinadən bildirir ki, Vladimir Putinin çıxışı sərt olub: “Mən hələ də başa düşə bilmirəm ki, Türkiyə bu addımı hansı səbəbə görə atıb. Bu təkcə Allaha məlumdur. Ola bilsin ki, Allah Türkiyə iqtidarını ağıldan məhrum etməklə cəzalandırıb. Türkiyədə kimin öz cibini doldurduğunu yaxşı bilirik. Hakimiyyət terrorçulara pul qazanmağa kömək edir. Amma Türkiyə xalqı çox mehriban, istedadlı, əməksevər bir xalqdır. 
Biz öz növbəmizdə öz hərəkətlərimizə məsuliyyətlə yanaşacağıq. Rusiya pravoslavlarla müsəlmanların qarşılıqlı hörmət əsnasında mövcud olduğu ölkədir. Ksenofobiyaya Rusiyada yol verilməzdir. Mənim Türkiyədə köhnə dostlarım çoxdur. Onlar bizim üçün Turkiyə iqtidarı ilə eyni deyil. Onların bu münaqişədə heç bir günahı yoxdur. Amma  iqtidar Suriyada hərbçilərimizin ölümünə görə birbaşa məsuliyyət daşıyır”.

Putin çıxışında iqtisadiyyatın vəziyyəti, Türkiyə ilə münasibətlər, terrorizmlə mübarizə kimi bir çox məsələyə toxunub. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button