ArxivXəbər lentiXəbərlər

Xəbər saytlarındakı saxta sayğaclar.

1407697429_saygac

Günümüzdə Azərbaycanda çox sayda kütləvi İnformasiya Portalları fəaliyyət göstərir.

Hansılar yüksək oxucu kütləsinə malik saytlardır?
Bu sual internet üzərindən xəbərləri izləyən bir çox oxucunun cavabını axtardığı sual olsada, təəssüf ki, peşəkar səviyyədə fəaliyyət göstərən araşdırmacılar bu sahədən yan qaçırlar.
Texnoloji sistemlərdə idarəetmə mühəndizi, həmçinin veb proqramçı olaraq yazımda bu suala cavab verməyə çalışacağam.
Bu sozləri Ulusinfo.com saytın texniki şöbəsinin mütəxəssizi deyib. Onun sözlərinə görə Azərbaycanda saytlar əsasaən “Liveinternet” saytının reytinq sayğacı ilə öz reytinqlərini ölçürlər. Liveinternet saytından qeydiyyatdan keçdikdən sonra verilən saygac kodu, komputerin sahib olduğu İP ünvanına görə hesablama aparır. Bu sayğac vasitəsi ilə KİV -lər güclərini nümayiş etdirməyə çalışırlar. Oxucular isə sayğacın üstündəki şişirtmə rəqəmləri doğru bilib saytın oxucu kütləsinin çox olduğuna inanirlar.
Sayğaca bir başa müdaxilə etmək münkün olmasada, reyting siyahısında ön sıralarda yer almaq üçün redaktorlar bəzən bir sayğacın kodunu bir necə saytında istifadə edərək ümumi göstəricini 1 saytın göstəricisi kimi təqdim edirlər. Təəssüf olsun ki, Azərbaycanın sayğac xidməti təqdim edən “ilk10” reyting hesablama saytının verdiyi hesablama kodunu da istənilən qədər saytda istifadə edərək ümumi göstəricini cəmləmək olur.Bəzi KİV- redaktorları bu yolla saytlarını reyting sıralamasında ön sıralarda göstərməyə çalışırlar.
Gələk əsas məsələyə. Bəs oxucu saytın reytinginin saxta yaxud doğru olduğunu necə öyrənə bilər.
Liveinternet sayğacı olan saytların xəbərlərinin oxunma sayına Mediametrics saytına daxil olaraq baxa bilərsiniz.
Hər birimizin bildiyi İnternet aləminin devi olan Google şirkətinin “Analytics” hesablama xidmətindən istifadə edən saytlar yox səviyyəsindədir.
Qeyd edim ki ən doğru göstərici “Google Analytics” göstəricisinə sahib olan saytlardır. Alexa- saytından dünya, həmçinin Azərbaycan saytlarının reytinginə baxa bilərsiniz.
Qafqazinfo.az saytı isə oxucu kütləsini “Google Analytics” üzərindən hesablayaraq bu haqda ən doğru məlumat verən KİV-lərdən biridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button