Azərbaycan Respublikasında xəbər saytlarının baş redaktorları Bakı Şəhər Baş Prokurorluğuna çağırılıblar.
Səhər Beynəlxalq Televiziyasının Faktxəbər saytına istinadla verdiyi məlumata görə, Bakı Şəhər Baş Prokurorluğunun ictimai əlaqələr şöbəsi bildirib: Azərbaycan Respublikasının qeyri-hökumət xəbər saytlarının baş redaktorları Bakı Şəhər Baş Prokurorluğuna çağırılıb və bu ölkənin müxtəlif şəhərlərində aksiyalar barədə yanlış məlumatlar barəsində xəbərdarlıq edilib.
Qeyd edək ki, 13 yanvardan Azərbaycan qiymətlərin bahalaşmasına etiraz edənlərdən 60 nəfər həbs olunub. Onların əksəriyyəti hökumətə müxalif partiyaların üzvləridirlər.
Ağcəbədi, Ağsu, Füzuli, Lənkəran, Siyəzən və digər rayonların sakinləri məhsullar, xüsusilə də ərzaq məhsullarının qiymətlərinin bahalaşması və işsizlik səviyyəsinin artmasına etiraz olaraq aksiyalar keçiriblər.
Bu etirazlar barəsində heç bir dövlət mediasında məlumat verilməyib.
Azərbaycan Respublikasında bahalaşmas vətəndaşları iqtisadi problemlərlə üzləşdirib və maaşa işləyən və məhrum kütlələrin problemləri ikiqat artıb.