Əfv olacağına inanmıram – Mirvari Qəhrəmanlı

qafqaz.ir xəbər verir ki, mövzu ilə bağlı Faktxeber.com-a açıqlama verən hüquq müdafiəçisi, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı ilin sonuna hər-hansı əfv sərəncamının imzalanacağını gözləmədiyini bildirdi: “Əgər mən deyən səhv olsa, hədindən artıq şad olaram”
Hüquq müdadiəçisi İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyətindən də şikayət etdi: “Zaman-zaman insanların hüquqlarını müdafiə edən təşkilatlar hay-küylə yaradılır, daha sonra fəaliyyətləri dayanır. Yaxşı hal odur ki, insan haqları ilə məşğul olan qeyri-hökümət təşkilatları əfv məsələsini daim gündəmdə saxlayır. Biz tez-tez hüquq müdafiəçisi Arzu Abdullayevanın ofisində yığışıb müzakirə aparırırq, təkliflər veririk. Bilirsiniz ki, son əfv olmamışdan öncə prezidentə müraciət edilmişdi. Bundan əlavə, prezidentə əlahiddə müraciət də olunub. O müraciətdə əfv ərizəsi yazmayan, özlərini günahkar bilməyən siyasilərin də azad olunması xaiş edilib. Qərarın imzalanmsı isə prezidentin səlahiyyətindədir”