ArxivFilmSosialXəbər lentiXəbərlər
Xəstəxanada həkim növbəsi: Nə koronavirus yada düşdü, nə də sosial məsafə – VİDEO

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında çəkilmiş görüntülər müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, görüntülərdə 10 nəfərə yaxın şəxsin otaqların birinin önündə yaratdığı qarışıqlıq əks olunub.
Səs-küylə nəyisə tələb edən qadınlar mövcud koronavirus pandemiyası şəraitinin tələblərinə əməl etmirlər.
Onların bəziləri tibbi maskasızdırsa, əksəriyyəti sosial məsafəni gözləmir.