İran İslam Respublikası xarici işlər naziri bu gün Bakıya daxil olduqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüb, görüşdə iki tərəfi maraqlandıran mövzular müzakirə edilib.
Qafqaz.ir- İİR XİN rəbhəri Məhəmməd Cavad zərif İran, Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının dördtərəfli iclasında iştirak etmək üçün Bakıya səfər edib.
Zərif Azərbaycan Respublikası prezidenti ilə görüşdən öncə və Bakıya daxil olarkən bu səfərin Azərbaycan prezidenti ilə görüş eləcə də iki ölkənin əla əməkdaşlıqları barədə danışıqlar üçün əlverişli fürsət olduğunu vurğulayıb.
İranın xarici işlər naziri Azərbaycan Respublikası prezidenti ilə görüşdən sonra Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri ilə də görüşüb və sonra dördtərəfli iclasda iştirak edib.
Dördtərəfli iclasın başlanğıcında çıxış edən İİR XİN rəbhəri Məhəmməd Cavad Zərif bu iclasın regionda sabitlik, təhlükəsizlik və iqtisadi rövnəq eləcə də terrorizm və ifratçılıq kimi müştərək təhlükəsizlik təhdidləri ilə qarşılaşmaq istiqamətindəki əhəmiyyətini vurğulayıb.