ArxivIslamXəbər lentiXəbərlər
Türkiyədə 60 yaşlı azərbaycanlı qadın güllələndi

Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda Gürcüstan vətəndaşı olan azərbaycanlı qadın qətlə yetirilib.
“qafqaz.ir” APA-ya istinadən xəbər verir ki, 60 yaşlı Afət Məmmədli ötən gecə yaşadığı evin qarşısında güllələnib.
İlkin məlumata görə, A.Məmmədli kirayə yaşadığı evin sahibi tərəfindən öldürülüb. Hadisə yerindən qaçan ev sahibi saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.