ArxivXəbər lentiXəbərlər
İran XİN-in sözçüsü: “İran Şuşa məscidində hər hansı iş görməyib” Böyüt

“İran tərəfindən Şuşa məscidində heç bir fəaliyyət aparılmayıb”.
Bunu APA-nın Tehran müxbirinin sualına cavabında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, İran Şuşa məscidində bərpa işləri və ya hər hansı başqa iş görməyib: “Ola bilsin, bəzi şirkətlər İranın adından istifadə edərək orada hansısa iş görür. Bu məsələdə İran hökumətinin rolu yoxdur”.
B. Qasimi qeyd edib ki, İranın Azərbaycan Respublikası ilə bağlı siyasəti şəffafdır: “Bəzi cərəyanlar var ki, Azərbaycan və İran arasında əlaqələri korlayır. Bu kimi cərəyanlar İranla regionun bəzi digər ölkələrinin də əlaqələrini korlamağa çalışır”.