ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Xaçmazda keçirilən əməliyyatın təfərrüatı açıqlandı: Şöbə rəisi rüşvət almaqda ittiham olunur

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində keçirilən əməliyyatın təfərrüatları açıqlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Əməliyyatı Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirib. Əməliyyat nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayev saxlanılıb.
Prokurorluğun məlumatında Rahim Ağayev rüşvət almaqda ittiham olunur:
“Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manatın 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib”.
