Xalqımız düşman sui-qəsdlərindən aydıncasına xəbərdardı

Ayətullah müctəhid şəbistəri bu həftə təbrizin cümə namazı xütbələrində, 13 Aban (4 noyabr) möhtəşəm mitinqində iştirak edən öyrəncilərdən və məktəb şagirdlərinə öz təşəkkürlərin bildirərək, dedi: bu il 4 noyabr mitinqi əzəmətli və daha möhtəşəm keçirildi. Xalqımız gün bə gün aydın düşüncələrə malik olub, düşman sui-qəsdlərindən daha artıq xəbərdar olurlar.
O söylədi: Amerika əleyhinə şuarlarımız, amerika xalqının haqqında deyil bəlkə təkəbbür rejimin siyasətləri qarşısındadır. düşmanı tanımaq bir siyasi etkidir. Kimsə fəqih vilayətinə qəbul edir, bu etkilərdən təsir almalıdır.
Ayətullah şəbistəri hər bir müsəlmanın nəhii-münkər ( pislıqlar qarşısı alınmaq ) üçün vəzifələrin vurğulayaraq, artırdı: dualarımızda da siyasi məslələrdən danışırıq necəki səhife-səccadiyə kitabında bu siyasi məsələlərə şahidiq.
Təbrizin imam cüməsi mina hadisəsinin acı olayına işarə edib, söylədi: 7 minə yaxın ümumdünya hacılarında bu il müqəddəs qurban bayramında mina da qurban olub dünyalarını deyişdilər. Bu hadisənin kədəri hələ bizim ürəyimizdədir beləki bu ilin qəmli olayyı mina hadisəsi oldu.
O, Həmçinin bu barədə ekledi: bütün arqumentlər, bu faciənin əmdi olduğunu göstərir. Bütün sitelər və xəbər agentləri bu faciənin öncədən musad tərəfindən planlaşdırması haqda məlumat verirlər. biz Hələ roknabadi cənabin başina nə gəldiyindən xəbərsizik. Bütün ictimai şəbəkələr və mediya dünyası, iranın bu olayada təqsirkar olduğunu göstərməyə çalışır.
Islam inqilabın böyük rəhbərinin təbrizdə olan nümayəndəsi, dedi: səudılar bundan ki bu məslənin iran tərəfindən araşdırılmasından qorxudadılar bu üzdən, Psixoloji müharibə yoluna qullanırlar.
O cümə namazının, başqa xütbəsində dindar davranmayın önəmlı olduğunu vurğulayaraq, bütün ictimai xadimlərin ən əhəmiyyətli davranışını, ümumxalqa xidmət vermək bildirdi. o,Bütün xidmətlər allah əmrilə və tanrı razılığına bağlı olduğunu dedi.