ArxivXəbər lentiXəbərlər

Xalqın sevimlisi-Təbrizin imam cüməsi

Mehr” saytı Behnam Abdullahinin qələmi ilə Təbrizin imam cüməsi və Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşimin imam cümə kimi bir illik fəaliyyəti barədə məqalə dərc edib. Məqaləni sizə təqdim edirik.
Hamı heyrətdə qalmışdı. Harda görünmüşdü ki, imam cümə bir fotoqrafçıya zəng edərək: “Cənab fotoqrafçı! Minnətdaram ki, iftixar qazandınız. Mən sizi təbrik edirəm”-desin.
O, sadə heyrətli işləri ilə Təbrizə gəldi. Təbrizə gəldiyi elə ilk günlərdən iclasa daxil olduqda hamıya bir-bir salam verir, təbəssüm edirdi. Təbriz əyalətindən hər kəs mətbuat evində fəxri ada layiq görülsəydi ona zəng edir, bu münasibətlə təbrik edirdi. O, müsəllanın xüsusi qapısından deyil, adi qapısından cümə namazına daxil olurdu. O, hər gün camaatın sözünü dinləmək üçün saatlarla vaxt sərf edirdi. Bütün bunlarla yanaşı böyük bir şəhərin imam cüməliyini öz çiyinlərində daşıyırdı.
Ali-Haşim xariqüladə işlər etmir və bəlkə də xariqüladə işlər etsəydi, bu qədər məşhur və sevimli olmazdı.

حضور امام جمعه تبریز در میان کسبه بازار تبریز/برای دیدن فیلم لطفا بر روی عکس کلیک کنید/

Təbrizin imam cüməsi bazarda

Camaat gördü ki, Ali-Haşim tək-tənha çörək sexinə gedir və öz evi üçün çörək alır, mağazadan qatıq, pendir alır, həyat yoldaşlı ilə birlikdə parça almaq üçün bazara yollanır, vaxtı və imkanı olanda metroya və taksiyə minərək cümə namazına gedir, o, biartiyə minir.
Yolunun üstündəki bütün xətm mərasimlərində iştirak edir, gözlənilmədən idarəyə gedir, əvvəlcədən xəbər vermədən uşaq evində uşaqlara baş çəkir, kasıblar yaşayan məhəllə və küçələrə yollanır, saatlarla bu işə vaxt qoyur. O, xariqüladə işlər etmir və bəlkə də ona görə Ali-Haşimdir.
İlk günlərdə Azərbaycan və bütün İran xalqnın heyrətinə səbəb oldu. Bir fotoqrafçını təbrik edib, ona öz təşəkkürünü bildirəndə. Bu mövzu o qədər təəccüblü idi ki, hətta qəzetlərin ön səhifəsində yer aldı. Həmin günlərdə bir gənc məqaləsində yazmışdı: “Mən Tehranda əsgər idim. Cənab Ali-Haşim o vaxt ordunun siyasi-etiqadi rəhbəri idi. Mən onu tanımırdım. Bir gün taksi gözləyirdim. Birdən qarşımda bir maşın dayandı və məni istədiyim yerə apardı.

Vəliyyi-fəqihin nümayəndəsi Təbriz metrosunda

Onun yanında heç kəs yox idi, hətta sürücüsü də yox idi və maşını özü idarə edirdi. Özünü tanıtmadan mənimlə çox mehriban rəftar etdi.”
Onun atası Ayətullah Ali-Haşim Təbrizin aşağı məhəllələrinin birində yaşayır. Sadə bir evdə. Ayətullah Seyid Məhəmmədtəqi Ali-Haşim Təbrizin tanınmış alimlərindəndir və xalq tərəfindən çox sevilir. Seyid Məhəmmədəli də bu atanın oğludur. Şəhərin yuxarısında daha da tanınmaq fikrində olmayan atanın.
Seyid Məhəmmədəlinin uşaqlıq dövrünün tanışları deyirlər ki, o, uşaqlıq vaxtlarından belə idi; hamını sevir, böyüklərə və kiçiklərə hörmət qoyur, heç vaxt alim oğlu olduğu üçün özü ilə dostları arasında fasilə və sərhəd qoymurdu.

Təbrizin imam cüməsi mühafizəçi olmadan çörək sexindən çörək alır

O, hələ də dəyişməyib. Bunu hamı deyir. Özünü yuxarı tutmur. Camaatı özündən irəlidə tutur. Onun fikrincə, xalqın əmin-amanda, rahatlıqda olması hər şeydən vacibdir. Xalqın hüququnun təhlükəyə düşdüyünü gördükdə hətta qəzəblənir də. Bir konfrans, ya proqrama görə bütün küçənin bağlanmasına icazə vermir.
Keçən il xordad ayında Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin altıncı imam cüməsi Təbrizə daxil olduqda əhali onu qarşılamağa getdi. O da elə bir iş gördü ki, xalq özünün bu işindən peşman olmadı, üstəlik cümə namazının sıraları daha da uzun oldu.

O cümə namazının arasında Təbrizin fərqlənmiş gənc və yeniyetmələrini təqdir edir, din və mədəniyyət sahəsinin elitasına təşəkkür edir.
Bir dəfə namazqılanlar arasında ayaqqabı qoymaq üçün plastik kisələr paylayır, bir dəfə cümə namazından sonra bir neçə dəqiqə ətraf mühit haqqında danışacağını elan edir…
Bir dəfə Təbrizin yerli qəzetlərdən biri Ali-Haşimin hərəkətlərini “xalq səviyyəsində olan hərəkət və sadə camaatı aldadan əməllər” adlandırdı. Hamı bu qəzeti tənqid etdi, Ali-Haşimin özündən başqa. O, qəzetin məsuluna zəng edib, belə məsuliyyətli yanaşmasına görə ona təşəkkür etdi.

Vəliyyi-fəqihin nümayəndəsi şəhərdən qıraqda yaşayan əhali arasında

Onun çıxışları 15 dəqiqədən çox çəkmir. Sözdən çox əməl adamıdır. O, vaxtın əhəmiyyəti barədə də çox danışmır, amma toplantının məsulları vaxtından gec gəldikdə, toplantını tərk etməklə göstərir ki, camaatın vaxtı dəyərsiz deyil.

Təbrizin imam cüməsi “Yadiqari-İmam” stadionunda və Traktorsazi klubunu dəstəkləyərkən

Böyüklərin dediyinə görə, höccətül-islam vəl-mislimin Seyid Məhəmmədəli Ali-Haşim ölkənin imam cümələri və dövlət məsulları üçün bənzərsiz örnəkdir. Amma dövlət məsulları bilməlidir ki, mühafizəçisi olmadan xalq arasına çıxmaqla, camaatla görüşlər təşkil etməklə, metro ilə getməklə Ali-Haşim ola bilməzlər. Xalqın gözü tərəzidir və kimin ürəyindən nə keçdiyini yaxşı bilir, baxmayaraq ki, bunu dilinə gətirmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button