Qadağa PKK-ya qarşı keçiriləcək əməliyyat məqsədilə tətbiq edilib
Qafqaz.ir -İRİB-ə istinadən verdiyi xəbərə görə, Türkiyədə Diyarbəkir vilayətinin Licə rayonunda PKK-ya qarşı doqquz məhəllədə həyata keçiriləcək əməliyyat səbəbilə dünən saat 17.00-dan etibarən küçəyə çıxma qadağası tətbiq edilib. Diyarbəkir rəhbərliyi, Licə rayonunun dağlıq və meşəlik yerlərində fəaliyyət göstərən PKK üzvlərinə qarşı Örtülü, Arpacık, Sivritəpə, Bilgin, Sağlıq, Bayırlı, Seyrək, Silkito, Körha məhəllələrində əməliyyat həyata keçiriləcəyini açıqlayıb. Açıqlamada “Sözügedən qadağaya vətəndaşlarımızın riayət etməsi öz təhlükəsizliklərinin qorunması cəhətdən böyük önəm kəsb edir, qadağanın bitmə vaxtı da elan ediləcək” , – deyə qeyd edilib.