ArxivXəbər lentiXəbərlər

Xanımların çarşab geyinməsi vacib yoxsa müstəhəbdir – İlahiyyatçı ilə müsahibə

PaylaşÇap etBöyütKiçilt
Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).
qafqaz.ir faktxebere istinada gore.Uca və Qüdrətli Allah deyib: «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsüf) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar» (ən-Nisa, 65).
Uca Allah qadınlara hicab geyməyi əmr edib: «Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar): öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər…» (ən-Nur, 31).
Uca Allah həmçinin deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq- saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) (əl-Əhzab, 33).
Allah təala deyib: «…Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər…» (əl-Əhzab, 53).
Qadir Allah həmçinin deyib: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (cariyələrə oxşamasınlar deyə.
Yuxarıda qeyd edilənlərdən yəqin ki, bugünki mövzumuzun nədən bəhs edəcəyini anladınız. Hicab haqqında danışacayıq. Onun gözəlliyindən danışacayıq. O gözəllik ki, büttün müsbət cəhətləri öz üzərində cəmləyir. Bəs görəsən kamil hicab nədir? Hicablı xanım necə geyinməlidir? Bu kimi suallarımızı Hədəf14.az olaraq ilahiyyatçı hacı Ağa Nuriyə ünvanladıq.
Red: Hacı, Quranda olan hicab ayəsi ilə bağlı nə deyə bilərsiniz? Xüsusilə son zamanlar xanımlar bər-bəzəkli hicablardan istifadə edirlər. Onların bəzi nöqsanlarını özlərinə necə göstərmək olar?
“Bismillahir Rəhmanir Rəhim. Qadınların xüsusi geyimi haqqında Allat(c.c) Peyğəmbərimizə buyurur ki, örtünməlidirlər. Yəni əlləri biləyə qədər, ayaqları topuğa qədər və bir də boğaza qədər bədənlərini örtməlidirlər. Başlarının saçı görünməməlidir. Buna hicab deyilir. Allah Quranda xanımlara məxsus, xanımlar üçün geyim qaydaları və geyim formaları müəyyən edibdir. Bu Islamın qanunlarıdır ki, buna riayət olunmalıdır. Azərbaycanda tarixən hicab olub. Yəni hicab tək Islamda olmayıb. Islamdan qabaqki
Xristianlıq dinlərində də olub Quranda hicab tam təfərrüatı ilə verilib. Azərbaycanda da xalqımız ta
qədimdən dinə, mədəniyyətinə bağlı olan bir xalq olub. Son dövrlər kommunist vaxtı bir qədər hicab əleyhinə təbliğat, təşviqat aparılıb. Amma həmin dövrdə də hicabını qoruyub saxlayanlar olub. Müstəqillik dövründən sonra Azərbaycanda hicaba riayət olunub. Bu elə bir şeydirki məcburiyyətlə olmaz yalnız könüllü şəkildə insanlar bunu etsinlər. . Gərək , dərk etsinlət hicabı. Hicabın mahiyyətini bilsinlər . Çünki qadınlar öz zinətlərin ancaq məhrəmlərinə göstərə bilərlər , naməhrəmə göstərirməməlidir.
Naməhrəmə bu səbəbdən göstərilməməlidir ki, insanlar günaha düşürlər, pozğunluqlar yaranır. Azərbaycanda da son vaxtlar hicabın inkişafı yaxşıdır, yaxşı səviyyədə hicab inkişaf edir. Indi bəzən də deyirlər aksesuar kimi də istifadə olunur. Hər halda hicaba riayət olunursa, gözəlliyinə nə qədər diqqət yetirilsə, əsas hicabın mahiyyətidir. Əsas hicabı dərk etməkdir. Əsas Quranda yazılan Hicabın mahiyyətidir. Əlbəttə xanımlar gözəlliyi, bər-bəzəyi sevdikləri kimi, mümkündür ki, hicablarıma bəzək vuralar. Mən belə dərk edirəm ki, bəzən ziyanı yoxdur. Amma hicaba gərək düzgün riayət oluna. Islam xanımların bəzəyinə heç bir məhdudiyyət qoymur. Ona görə də hicaba riayət olunanda bir növ insanların əxlaqı, mədəniyyəti, mərifəti olur və xanımların bir növ toxunulmazlığı hesab olunur hicab.
Hicaba riayət edən xanımlar çox sərbəstdirlər və onlar cəmiyyət, ictimaiyyət içində toxunulmazdırlar.
Onu ki, Allah buyurub onun həm dünya, həm də Axirət üçün xeyri var. Hicaba riayət edən xanımların bu dünyada əminiyyəti toxunulmazlıq, Axirətdə isə Allah tərəfindən hicaba riayət edən xanımların mükafatı var. Quranda gələn əmrə ən əsas Peyğəmbərin(s.a.s) pak Əhli-Beyti riaəyət ediblər. Məxsusəndə Xanım Zəhra (s.ə), Xanım Zeynəb (s.ə) hicabı tarixdə yazılmış və ictimaiyyətə çatdırılmışdır. Hətta belə bir islami şüar da var ki, xanımlar üçün zinətlərin ən yaxşısı hifz etməkdir hicabı. Yəni ki, hicabın qorunması onların zinətidir. Qadın hicabsız olsa, naməhrəmə görünsə elə bilinki açıq bir xəzinəni açıq saxlasan o xəzinəni hər kəs oğurlaya bilər. Hicablı xanımların tərbiyə etdiyi övladlar həm milli mentalitetimizə, həm də dinimizə çox uyğundur. Hesab edirəm ki, Azərbaycanda hicaba riayət olunması gələcəkdə əxlaqlı, çox gözəl mədəni millətin yetişməsinə səbəb olacaq. əlbəttə Azərbaycanda riayət etməyənlər də var. Amma burda məcburiyyət yoxdur. Sadəcə hicabın mahiyyətini hər bir valideyin-ana qızına, gəlninə çatdırmalıdır və mahiyyətini dərk edəndən sonra hər hansı bir xanım əgər hivabın mahiyyətini dərk edirsə, hicabı heç vaxt onun əlindən almaq mümkün deyil. Hicaba riayət olunması bizim milli tariximizi qorumaq və dinimizə xidmət deməkdir. Ona görə də hesab edirəm ki, bu haqqda çox danışılmalı, təbliğatlar aparılmalıdır. Ictimaiyyət bundan xəbər tutmalıdır. Ümidvaram ki, Azərbaycanda yaxın gələcəkdə cəmiyyətimiz tam hicaba riayət edənlərdən olacaq. Kimsə də sahədə xidmət göstərir Allah ondan razı olsun. Gənc nəslin, cavanlarımızın tərbiyəsində böyük rolları var”.
Red: Bəzəkli deyərkən tək rəngi nəzərdə tutmuram. Elə xanımlar var ki, çox cəlbedici görsənirlər, məsələn əzələni bəlli edən dar geyimlərdən istifadə edirlər? Bu məsələyə də fikirləriniz maraqlı olar.
“Hicaba riayət etmək təkcə saçları örtməkdən, başı bağlamaqdan ibarət deyil. Xanımın kənardan
bədən quruluşu hiss olunmamalıdır. Əgər belədirsə, bu hicaba riayətsizlikdir. Hicab qaydalarının pozulması deməkdir, bu yol verilməzdir. Əgər başını bağlayıb digər əzalarını bildirəcək paltar geyinirsənsə, bədən quruluşunu naməhrəmə göstərirsənsə, onda bunun faydası nə oldu. Hicaba riayət olunursa, tam riayət olunmalıdır”.
Hacı, son olaraq çarşab haqqında bir sualım var. Çox vaxt çarşablı xanımlar, iş üçün müraciət edərkən problem yaşayırlar. Sırf çarşablı olduğu üçün rəhbərlik işə götürmür. Ümumilikdə çarşab vacibdir yoxsa müstəhəbdir?
“Çarşab vacib hökmündə deyil. Xanım hicaba riayət edirsə və əynindəki paltarı onun bədən
quruluşunu bağlayırsa kifayətdir. Xanımın geyimi bədəninin quruluşunu bildirmirsə, o çarşabsız da keçinə bilər”.
Hazırladı: Xatun Etibarqızı
Hədəf14.az üçün

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button