ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Xankəndidəki partlayışda 20 nəfərin öldüyü açıqlanıb (yenilənib)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb ki, sentyabrın 25-dən etibarən Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar xeyli sayda Xankəndidən olan pasiyent qəbulu üçün boşaldılıb.
Onun sözlərinə görə, bu xəstəxanalar əlavə tibb işçiləri ilə də gücləndirilib.
Hikmət Hacıyev bildirib ki, bütün humanitar ehtiyaclara yerlərdə cavab vermək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və birbaşa Qarabağın erməni sakinləri ilə müntəzəm əlaqə saxlanılır:
“Yanıqların müalicəsi üçün xüsusi hazırlanmış dərmanlar və digər tibbi ləvazimatlar göndərilib. Bundan əlavə, ərzaq yardımı da çatdırılıb. Yardımlar bu gün və yaxın günlərdə də davam etdiriləcək”.
“Həmçinin tibbi yardıma ehtiyacı olanlardan ötrü Ermənistandan Qarabağa tibbi heyətin olduğu helikopterin daxil olması təmin edilib. Bundan əlavə, biz hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması üçün BQXK-nın müstəsna giriş imkanının təmin edilməsi üzərində işləyirik”, – deyə Hacıyev əlavə edib.
